Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İllik ÜDM artımı niyə gözləntilərdən aşağıdır? - Ekspert rəyi

Ekspert: “Azərbaycan iqtisadiyyatının böyüməsi üçün maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsinə ciddi ehtiyac var”

“Bu il Strateji Yol Xəritələrinin icrası nəticəsində ümumi daxil məhsula qatqı olmalı idi. Həmçinin də iqtisadi aktivlik artırılmalı, biznes mühiti liberallaşdırılmalı idi. Amma nəticələr onu deməyə əsas verir ki, hökümətin qarşıya qoyduğu hədəflərə nail olmaq mümkün olmayıb”.

Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov Bu ilin ilk üç rübündə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) gözləntilərdən aşağı olmasını PİA.az-a şərh edərkən bildirib.

Qeyd edək ki, bu ilin ilk üç rübündə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 0,8% artıb. Bu, beynəlxalq maliyyə institutlarının proqnozlaşdırdığı rəqəmdən aşağıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 57,7 milyard manatlıq (34 milyard dollar) əlavə dəyər istehsal edilib. Yüksək neft qiymətlərinin olduğu indiki şəraitdə ÜDM artımının gözləntilərdən az olmasını nəylə əlaqələndirmək olar?

Həmçinin statistik məlumatlara görə qeyri-neft sektorunun ÜDM-dəki payı 56,8% təşkil edir. Qeyri-neft sektorunun ÜDM-dəki payının azalması üçün hökümət “Yol Xəritəsi” hazırlasa da bu inkişaf hələ ki hiss olunmur Azərbaycan iqtisadiyyatında hələ də neftin təqribən 50 faiz ağırlığı var. Qeyri-neft sektorunun hazırkı inkişafı mərhələsi ilə bağlı nə demək mümkündür?Hazırda ÜDM 0,8% artdığına görə bu inkişaf gözləntilərə və “Yol Xəritəsi”nin strategiyasına uyğundurmu?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Rəşad Həsənov: “Bu gün Azərbaycanda həm biznes mühiti, həm qeyri-neft sektorunda sahibkarlıq subyektlərinin birliyi, həm də təşəbbüslərin dəstəklənməsi istiqamətində ciddi nəticələrin əldə edilməsi mümkün olmayıb”.

İqtisadçı ekspert Rəşad Həsənovun fikrincə nəticələr onu deməyə əsas verir ki, faktiki olaraq Strateji Yol Xəritələrinin icrası istiqamətdə görülən işlər hədəflərə uyğun nəticələrə gətirib çıxarmayıb. “Yol Xəritəsi”nə əsasən bu il ölkədə iqtisadi aktivlik artırılmalı, biznes mühiti liberallaşdırılmalı idi. Rəşad Həsənov PİA.az-a verdiyi açıqlamada bunu qtisadi aktivliyin zəif olması ilə əlaqələndirib:

Azərbaycan hökümətinin özü də 2018-ci il üçün 1.5 faizlik artım proqnozlaşdırırdı. Bu artımın da əsas qaynağı qeyri-neft sektoru olmalı idi. Yəni neft sektorunda azalma, qeyri-neft sektorunda isə 2.5 faizə yaxın artım proqnozlaşdırılırdı. Amma faktiki nəticələr onu göstərir ki, bu hədəflərə nail olmaq mümkün olmayıb.

Düşünürəm ki, əsas məsələ iqtisadi aktivliyin zəif olmasındadır. Bildiyimiz kimi 2016-cı ilin dekabrında Azərbaycan iqtisadiyyatının 11 ayrı-ayrı istiqaməti üzrə Strateji Yol Xəritələri imzalandı. Bu il Strateji Yol Xəritələrinin icrası nəticəsində ümumi daxil məhsula qatqı olmalı idi. Həmçinin də iqtisadi aktivlik artırılmalı, biznes mühiti liberallaşdırılmalı idi. Amma nəticələr onu deməyə əsas verir ki, faktiki olaraq bu istiqamətdə görülən işlər hədəflərə uyğun nəticələrə gətirib çıxarmayıb.

Bu gün Azərbaycanda həm biznes mühiti, həm qeyri-neft sektorunda sahibkarlıq subyektlərinin birliyi, həm də təşəbbüslərin dəstəklənməsi istiqamətində ciddi nəticələrin əldə edilməsi mümkün olmayıb.

Həmçinin düşünürəm ki, burada əsas məsələ maliyyə sektoru ilə bağlı olan məsələdir. Maliyyə-bank sektoru hələ də 2014-cü il sonrası müşahidə edilən ressesiyanının təsiri altındadır. Faktiki olaraq da Azərbaycan iqtisadiyyatının böyüməsi üçün maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsinə ciddi ehtiyac var. Çünki əsas maliyyə mənbə məhz bank sektorudur. Amma çox təəssüf ki, 2015-ci ildən sonra demək olar ki, bankların partfeli 60 faizə yaxın kiçilib. Alternativ maliyyə institutları isə çox zəif formalaşıbdır.

Rəşad Həsənov: “SSRİ dövründə iqtisadi keçidin olması, 70 il Azərbaycanın təbii inkişaf prosesindən kənarda qalması son nəticədə Azərbaycanda ilkin kapital yığımı prosesinin pozulması ilə nəticələnmişdi”.

Düşünürəm ki, maliyyəyə çıxış imkanlarının çətin olması Azərbaycanda iqtisadi təşəbbüslərin reallaşmasında əsas problemlərdən biridir. Çünki Azərbaycada uzun müddətli kapitallaşma dövrü olmayıb. 25 illik müstəqillik dövründə demək olar ki, banklar əsas maliyyə institutu kimi çıxış edibdir. Xüsusi ilə 2002-ci ilədn sonra banklar əsas maliyyə institutu kimi çıxış edibdir. Bu dövrə qədər demək olar ki, Azərbaycanda kapitallaşma yox idi.

Həmçinin Azərbaycanda iqtisadi reformasiya proseslərinin qanuna uyğun şəkildə həyata keçirilməməsi, SSRİ dövründə iqtisadi keçidin olması, 70 il Azərbaycanın təbii inkişaf prosesindən kənarda qalması son nəticədə Azərbaycanda ilkin kapital yığımı prosesinin pozulması ilə nəticələnmişdi. Faktiki olaraq insanlarda hər hansı iqtisadi fəaliyyətlə məşğul olmaq üçün ilkin kapital demək olar ki, yox idi.

Sonrakı dövrdə isə çox təəssüf ki, kapitallaşma prosesi ciddi problemlərlə müşahidə olundu. Yəni oliqarx iqtisadiyyatı formalaşdı və kapital müəyyən qrupların əlində cəmləndi. Bu isə kütləvi şəkildə iqtisadi inkulizivliyin təmin olmasına əsas maneyələrdən biridir. İnkulizivlik təmin olunmayan iqtisadiyyatlarda, yəni bütün sosial qrupların yaradılan əlavə dəyərlərdə iştirakının mümkün olmadığı hallarda ciddi rəqəmlərlə iqtisadi böyüməni təyin etmək mümkün deyildi. Bunun nəticəsidir ki, hətta neft sektorunda gözlənilən azalmanın olmadığı halda, yəni neft sektorunda 0.1-lik artımın olduğu halda iqtisadi böyümə tempi proqnozlara uyğun olmur”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Ən çox oxunanalar