Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pompeonun Türkiyə səfəri: İki ölkə arasında buzlar əriyirmi?

Qabil Hüseynli: “ABŞ-Türkiyə münasibətlərini əvvəlki səviyəyə qaytara bilmək üçün hələ vaxta ehtiyac var”

Əhəd Məmmədli: “Branson elə belə təhvil verilməyib. Təbii ki, dövlətlərarası razılaşma nəticəsində azadlığa buraxılıb. Pompeo da məhz bu razılaşmanın əsasında Türkiyəyə səfər edir”.

ABŞ-ın dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Xaşuqcinin məsələsini araşdırmaq üçün Türkiyəyə gəlib. Mayk Pompeo Ankaranın Esenboğa hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.Görüş zamanı C.Xaşuqci ilə bağlı məsələ müzakirə olunur.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı vətəndaşı, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.

Bu gün Pompeonun Xarici işlər naziri M.Çavuşoğlu ilə də görüşü də gözlənilir. Belə ki, Pompeonun xarici işlər naziri Mövlud Çavuşoğlu ilə regional və beynəlxalq məsələləri müzakirə edəcəyi bildirilsə də, detallar açıqlanmır.

Bəzi ekspertlərə görə, ABŞ və Türkiyə arasında gərginliyə səbəb olan keşiş Endryu Bransonla bağlı razılıq əldə edildikdən sonra iki ölkə arasında münasibətlərin normallaşacağı gözləniləndir. Və Pompeonun bu səfərini münasibətlərin normallaşması istiqamətində atılan addımlardan biri hesab etmək olar.

Bransonun azadlığa buraxılmasından sonra Türkiyə və ABŞ arasında gərginliyin, xüsusən də Suriya ilə bağlı gərginliyin ortadan qalxması üçün münbit ortam yaranması mümkündürmü? Ümumilikdə hazırda Türkiyə ilə ABŞ arasında həlli mürəkkəb görünən hansı problemlər var və Tramp zamanında Türkiyə ilə ABŞ münasibətlərinin əvvəlki strateji münasibətlərə dönməsi gözlənilirmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynlinin və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədlinin fikirlərini öyrənib.

Qabil Hüseynli: “Türkiyənin Rusiya ilə yaxınlaşması ABŞ-ı narahat edən məsələlərdən biridir və bu istiqamətdə fikir ayrılıqları davam edir”.

ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşmağa doğru getdiyini bildirən politoloq Qabil Hüseynliyə görə, münasibətlərin daha da yaxşılaşması üçün hər iki tərəf ortaq cəhd göstərməlidir. Əks halda fikir ayrılıqları münasibətlərin normallaşmasına maneə olmaqda davam edəcək. Həmçinin Qabil Hüseynli hesab edir ki, ABŞ-Türkiyə münasibətlərinin inkişafına dinamika vermək üçün Ağ Ev öncəliklə Fətullah Gülən məsələsinə aydınlıq gətirməlidir:

“Hesab edirəm ki, ABŞ-la Türkiyə arasında münasibətlərin normallaşması üçün münbit şərait yaranıb. ABŞ siyasi motivdə həbs olunan şəxslərin olduğunu iddia edir və onların azadlığa buraxılmasını istəyir. Yəqin ki, yenidən müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Hər halda ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi embarqoları aradan qaldırmağı qərarlaşdırır. Yəqin ki, Türkiyə də öz növbəsində köhnə müttəfiqlik mövqeyinə qayıdacağını bəyan edəcək. Yəni, münasibətlərin xeyli dərəcədə normallaşdığını söyləmək olar. Sadəcə olaraq, Ərdoğan danışıqlarında bir az ehtiyatlı olmalıdır. Çünki bölgədə vəziyyət həddindən artıq mürəkkəbdir. Suriya və kürd məsələlərində, o cümlədən İsrail -Fələstin münaqişəsinə fərqli baxış açısından Ankaranın Vaşinqtonla ortaq məxrəc tapması çox çətin olsa da, sonucda bu mümkündür.

Hesab edirəm ki, indiki şəraitdə yuxarıda sadalanan problemlərin həllində ortaq yanaşma tapmaq üçün və iki ölkə arasında əvvəlki strateji tərəfdaşlığı bərpa etmək üçün Ağ Ev öncəliklə Fətullah Gülən məsələsinə də aydınlıq gətirməlidir. Çünki Ərdoğan Gülən isterikası ilə yatıb, Gülən isterikası ilə qalxır.

Qabil Hüseynli: “Ağ Ev öncəliklə Fətullah Gülən məsələsinə də aydınlıq gətirməlidir. Çünki Ərdoğan Gülən isterikası ilə yatıb, Gülən isterikası ilə qalxır”.

Lakin düşünürəm ki, Fətullah Gülən məsələsində ABŞ Türkiyənin istəklərini yerinə gətirməyəcək. Bu isə iki ölkə arasında buzların hələ tam əriməyəcəyinə işarədir. Ümumiyyətlə ABŞ-Türkiyə münasibətlərini əvvəlki səviyəyə qaytara bilmək üçün hələ vaxta ehtiyac var. Bu zaman çərçivəsində isə hər iki tərəf səmimi şəkildə çalışmalıdır ki, qarşıdurmaya səbəb olacaq addımlar atmasınlar.

Bununla yanaşı, Türkiyə ilə ABŞ arasında ən böyük problemlərdən biri də NATO ölkəsi olan Türkiyənin Rusiya ilə yaxınlaşması və Suriyada strateji tərəfdaşlara çevrilmələridir. Bu ABŞ-ı ciddi narahat edən məsələlərdən biridir və bu istiqamətdə fikir ayrılıqları davam edir. Ümumiyyətlə Suriya məsələsində ABŞ-Türkiyə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq üçün Vaşinqton hər şeydən əvvəl özünün kürd siyasətində ciddi dəyişikliklər etməlidir. Bu baş verərsə, Türkiyə Rusiya ilə strateji tərəfdaşlığa gedən yoldan geri dönə bilər.

Bununla belə hesab edirəm ki, bütün hallarda Tramp dönəmində ABŞ-Türkiyə münasibətlərinin əvvəlki strateji münasibətlərə dönməsi mümkündür və bu istiqamətdə hər iki tərəf ortaq səy göstərməlidir”.

Əhəd Məmmədli: “Bransonun Amerikaya təhvili ilə Tramp sifətini qorumuş, Ərdoğan isə istədiyini almış oldu”.

ABŞ-Türkiyə münasibətlərinin normallaşması isə müəyəyn şərtlərin qarşılıqlı olaraq qəbul edilməsinin vacibliyini qeyd edən politoloq Əhəd Məmmədli hesab edir ki, Türkiyənin güclənməsi fonunda ABŞ üçün kiçik müttəfiq olmaqdan çıxacaq:##relatedPostMilli##

“Əslində Endru Branson elə belə təhvil verilməyib. Təbii ki, dövlətlərarası razılaşma nəticəsində azadlığa buraxılıb. Pompeo da məhz bu razılaşmanın əsasında Türkiyəyə səfər edir. Branson buraxılan gün Ərdoğan Menbic əməliyyatının mesajlarını verdi. Deşifrə olunan və iki il türk həbsxanasında olan agent-keşiş artıq Türkiyəyə lazım deyildi. Türk kəşfiyyatı istədiyini onsuz da bu papazdan alacağını almışdı.

Seçkilər öncəsi Bransonun azad edilməsi Trampa çox lazım idi və məhz buna görə də Tramp bu məsələnin bu qədər üstünə getdi.

Əhəd Məmmədli: Artıq ABŞ Türkiyəyə kiçik tərəfdaş gözü ilə baxmayacaq”.

Bransonun Amerikaya təhvili ilə Tramp sifətini qorumuş, Ərdoğan isə istədiyini almış oldu. Papazın təhvili ilə dollar lirəyə münasibətdə aşağı enməyə başladı. Menbiclə sərhəddə Türkiyə qoşunlar yığmağa başladı.
Tətbiq olunması nəzərdə tutulan sanksiyalar dayandırıldı. Amerikada həbsdə olan xalq bankın sədr müavinin Türkiyəyə ekstradisiya məsələsi qalxdı.

Türkiyə ilə ABŞ arasında həlli mürəkkəb görünən problem PKK-YPQ-YPD-dir. Türkiyə bu terror təşkilatını birdəfəlik məhv etməkdə israrlıdır. Amerika bunu anlayır və Türkiyə gücləndikcə daha da anlayacaq.

Türkiyə-ABŞ münasibətlərinin əvvəlki strateji səviyəyə dönməsi ancaq bir şərtlə mümkündür ki, bu münasibətlər daha çox bərabər hüquqlu müstəvidə qurulsun. Artıq ABŞ Türkiyəyə kiçik tərəfdaş gözü ilə baxmayacaq”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Ən çox oxunanalar