Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çingiz Qənizadə: “Zatulinin fikirləri Rusiyanın mövqeyi deyil”

RF Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə bu gün parlamentin plenar iclasında K.Zatulinin Azərbaycan əleyhinə növbəti aqressiv açıqlamasına münasibət bildirərkən deyib.

Ç.Qənizadə Duma komitəsinin rəhbərliyində olan şəxsin belə bir mövqe nümayiş etdirməsinin qəbuledilməz olduğunu deyib: “Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Zatulin iddia edir ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edir ki, Azərbaycanın siyasəti sənədlərdə əks olunduğu kimi deyil”.

Millət vəkili bildirib ki, K.Zatulin kiminsə şəxsi fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb: “Təbii ki, biz bunu qətiyyətlə pisləyirik”.

Ç Qənizadə K.Zatulinin ermənilərə bağlı olmasına da diqqət çəkib: “Zatulin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə keçirilən “parlament seçkiləri”ndə iştirak edib və həmin şəxs Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Biz daha böyük siyasi məsələlərdə olduqca ehtiyatlı olmalıyıq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Milli Məclis 2023-cü il büdcəsinin icrasını I oxunuşda qəbul edib - Yenilənib

Kürdəmir Suvarma İdarəsindən 8 ayda yarım milyonluq üç tender “udan” iki şirkətin bir nəfər sahibi kimdir

1 milyondan çox vergi borcu olan şirkət 15 gündə 4 tender müqaviləsi imzalayıb - Foto

Ən çox oxunanalar