Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da tutulmuş azərbaycanlılar günahlarını etiraf etdilər

İyulun sonlarında 4,5 milyon dollarlıq dələduzluqda şübhəli bilinərək ABŞ-da saxlanılmış bir neçə ölkənin vətəndaşları günahlarını qismən etiraf ediblər

RİA “Novosti” xəbər verir ki, Rusiyanın Nyu-Yorkdakı Baş konsulluğunun məlumatına görə, bir neçə gün öncə bütün şübhəlilər Nyu-York həbsxanasına köçürülüblər və ilk məhkəmə iclasında iştirak ediblər.

Mənbənin sözlərinə görə, saxlanılanlar şübhəli şəxs statusundan ittiham edilən statusuna keçiriliblər. Onlara girov müqabilində azadlığa çıxmaqda imtina edilib. Saxlanılanlara dövlət tərəfindən pulsuz vəkil təqdim olunub.

Məhkəmənin növbəti iclası sentyabrın 25-də keçiriləcək.

Nə baş verib?

İyulun sonlarında ABŞ Ədliyyə Nazirliyi məlumat verib ki, 25 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb. Onların arasında 5 Rusiya vətəndaşı, 5 Gürcüstan vətəndaşı, 4 Azərbaycan vətəndaşı, 3 Qazaxıstan vətəndaşı, iki Latviya və daha iki Ukrayna vətəndaşı var. İttiham olunanlardan bir neçəsi Türkiyə və ABŞ vətəndaşıdır.

Saxlanılanlar avtomobil satışı üzrə yalan elanların yerləşdirilməsində, aldadılmış vətəndaşlardan pulun alınmasından sonra aradan çıxmaqda ittiham olunurlar. Bu yolla ABŞ vətəndaşlarına ümumilikdə 4,5 milyon dollar ziyan vurulub.

İttiham olunanları 20 ildən 30 ilə qədər həbs cəzası gözləyir.(Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar