Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük sektorundakı qanunsuz “rüsum” artımının başında vergilər naziri dayanır?

İddiaya görə, Səfər Mhediyev hazırda de-fakto Mikayl Cabbarovun müavini funksiyasını icra edir

Bu iddianı PİA..az-a Gömrük Komitəsində baş verənlərdən geniş məlumatl olan mənbə də təsdiq edib.

Son zamanlar gömrükdən mal keçirən sahibkarlar qanunsuz “rüsumun” artırılmasında şikayətlənirlər. Bu artım isə Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin olunduqdan sonra müşahidə olunmaqdadır. Qəribədir ki, sahibkarlara “rüsum” artımının səbəbini izah edən gömrükçülər bildirirlər ki, quruma “rüsum”un artırılması ilə bağlı tapşırıq Vergilər Nazirliyindən gəlib. Gömrükçülər iddia edirlər ki, ölkəyə mal gətirənlərdən tutulan qanunsuz pul yığımları barədə göstərişi birbaşa vergilər naziri tərəfindən verilib və DGK sədri bu işdə sadəcə icraçı rolunu oynayır.

Gömrük sektorunda apardığımız araşdırmaları davam etdirərkən isə çox maraqlı və təəccüb doğuracaq məlumatlarla qarşılaşdıq. Xaricdən ölkəmizə pal-paltar və ayaqqabı idxal edən sahibkarlarla Binə və Sədərək yarmarkalarında etdiyimiz söhbətlər əsnasında şok effekti doğuracaq məlumatlar əldə etdik. Əvvəlcə onu qeyd edək ki, sözügedən yarmarkalardakı sahibkarlar gömrük və vergi orqanlarından “dad” deyirdilər. Onların iddiasına görə, Dövlət Gömrük Komitəsinə yeni rəhbər təyin olunduqdan sonra nə sirrdirsə, istər karqo vasitəsilə, istərsə şəxsi kanallarla gətirilən məhsullara ödənən qeyri-rəsmi “rüsumların” məbləği ən azı 1.5 dəfə artıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Məsələn, Türkiyədən ayaqqabı idxalçıları iddia edir ki, son dəfə ayaqqabı gətirən zaman bir kub üçün 1000 dollar ödəməli olublar. Əvvələr isə bu məbləğ 500 dollar civarında olub. Tualet və ətriyyat məhsullarının ticarəti ilə məşğul olan iş adamları isə əvvəl kubuna 500 azn ödənən malların kubuna son dəfə 800 azn verdiklərini bildirirlər. Məsələnin maraqlı tərəfi isə ondadır ki, ölkəyə mal gətirənlər bu artımlarda günahı Dövlət Gömrük Komitəsinin sədri, gömrük general-polkovniki Səfər Mehdiyevdə deyil, vergilər naziri Mikayıl Cabbarovda görürlər.

Müsahibimiz olan iş adamlarının iddiasına görə, bu artım əsasən Mikayıl Cabbarovun təyinatından sonra olub. Səfər Mehdiyevin quruma sədr keçməsindən sonra isə artımlar daha da ciddiləşib. İş adamları artımın səbəbləri ilə maraqlandıqda həm logistika və karqo işi məşğul olan sorumlular, həm də gömrük məmurları belə bir göstərişin Mikayıl Cabbarov tərəfindən verildiyini söyləyiblər. Həmin şəxslərin iddiasına görə, guya büdcənin vergi və gömrük ödənişləri ilə doldurulması işinə tam nəzarəti cənab M. Cabbarov həyata keçirir, Səfər Mehdiyev de-fakto onun müavini vəzifəsini icra edir.

Bu istiqamətdə araşdırmalarımızı davam etdirərəkən uzun zamandan bəri mediada dolaşan informasiyanı konstatasiya edən daha bir maraqlı iddia ilə qarşılaşdıq. Deyilənə görə, adı çəkiln iki qurumun – Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşdiriləcəyi gün uzaqda deyil. Sadəcə, Vergilər Nazirliyinin çoxmərtəbəli, müasir memarlıq standartlarına uyğun yeni binasının tikilib istifadəyə verilməsi gözlənilir. Yeni bina istifadəyə verildikdən sonra iki qurumun birləşməsi barədə çoxdan hazır olan fərman imzalanacaq. İki dövlət qurumu birləşdikdən sonra DGK sədri Səfər müəllim cənab Cabbarovun birinci müavini olacaq. Əldə etdiyimiz məlumata görə, bu barədə DGK sədrinin özü də məlumatlıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Ən çox oxunanalar