Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Məmmədov: “Biz Nostradamus deyilik”


Futbol üzrə Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində açılış oyununda “Kəpəz”i doğma “divarlar arası”nda 2:0 məğlub edən “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov mətbuat konfransı keçirib


Mütəxəssis nəticədən və oyundan məmnun qaldığını gizlətməyib:

“Uşaqlar bacarıqlarını etdilər. Kasad heyətlə oynayırıq. Futbolçular bu gün yaxşı nəticə qazanmalı olduğumuzu dərk edirdilər. Birinci hissədə vacib olan qolları vurduq. “Kəpəz” top saxlamağı sevən komandadır. Bu mənada, futbolçuları xəbərdar etmişdik. İkinci hissədə rəqibin itiriləsi bir şeyi qalmamışdı. Fasilədən sonra “Kəpəz” bizi müdafiəyə çəkilməyə məcbur etdi. Uşaqlar da ağıllı oynayıb, qapımızın toxunulmazlığını saxladılar”.

- Hesab edirmisiniz ki, bu dəyişikliklər ilk gəldiyiniz vaxtlar edilməliydi?

- Biz Nostradamus deyilik. Həyatın nəbzini tutub, gedirik. Birdən-birə həmin dəyişiklikləri etmək çətindir. Uşaqlar göstərirlər ki, əsas heyətə düşməyə layiqdirlər. Əvəzedici heyətdən gələn uşaqlar hazır olduqlarını bizə göstərirlər. Kim oynayırsa, meydan onundur.

- Demək olarmı ki, komandadan artıq futbolçular təmizləndi?

- Geriyə qayıtmaq istəmirəm. Mən optimist insanam. İrəliyə baxmaq lazımdır. Komanda öz oyununu yavaş-yavaş tutmaq üzrədir. Futbolçularda özünəinam hissi qayıdıb. Biz məşqçi olaraq boşluqları görürük və onları aradan qaldırmağa çalışırıq. Bu gün birgə işlədiyim bütün futbolçulara təşəkkür edirəm. Hətta vaxtilə bu komandada oynamış və çalışmış futbolçulara, məşqçilərə də minnətdaram. (qafqazinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar