Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Öz övladlarına belə acımayan “cani”lərə çevrilirlər...”

PİA.AZ "Qafqazinfo”-a istinadən psixoloq Gülər Əsədovanın mərc oyunları ilə bağlı kiçik müsahibəsini təqdim edir:


- Hazırda bütün dünyanın gözü Avropa Çempionatındadır. Bu məqamda gündəmdə olan azarkeşlərin sevimli komandalarına dəstək üçün, eyni zamanda pul qazanmaq üçün mərc oyunlarına aludə olmasıdır. Bir psixoloq kimi necə düşünürsüz pul qoymaq xəstəlikdir, yoxsa əyləncə?

- Dünyada müxtəlif yarışmalar keçirilir. Bunların hamısı təqdirə layiqdir, lakin hər bir azarkeşliyin həddi var, bizə, ailələrinə, cəmiyyətə zərər verəcək həddə çatdırmamalıyıq. Nəzərə alsaq ki, media və TV-lərdə eşitdiyimiz xəbərlər, onlarla bədbəxt hadisələr bizə diqqətli olmağı xəbərdarlıq edir. Ümumiyyətlə, mərcə pul qoymaq xəstəlikdir. Mən öz təcrübəmə əsaslanaraq belə insanlarla çox ünsiyyətdə oluram və gözəl tanıyıram. Bu insanlar bir-birilərinə bənzərlik təşkil edirlər.

Mərcə pul qoyan insanlar nə ailəsini, nə valideynlərini, nə də övladlarını düşünür. Hər dəfə “bu dəfə udaram, mən deyən olar, sondur” fikirləri ilə özlərini aldadırlar. Xasiyyət cəhətdən çox peşəkar yalan danışa bilirlər, onlar üçün belə şey adi haldır, bu hallar daha çox savadlı və dünyagörüşlü insanlarda özünü biruzə verir. Zamanla sevgidən tam uzaq, mərhəmətsiz, insanı keyfiyyətləri olmayan insanlara çevirilirlər. Doğmalarının, hətta öz övladlarına belə acımayan “cani”lər olmağa başlayırlar. Həyatlarını isə bu ani həyəcanlara qurban verirlər. Mən tam 5 ildir ki, bu xəstəlik üzərində çalışıram, belə düşünürəm ki, belə insanlar “iz qoymayan canilərdir”. Doğmalarının əziyyət çəkməsindən zövq alırlar, işıqlı dünyada qaranlığı seçməyə çalışırlar.

- Heç olub ki, sizə məhz bu mərc oyunları xəstəliyindən xilas olunmaq üçün müraciət etsinlər?

- Futbola, at yarışlarına, “forex”ə, topazlara və digər azartı oyunlara hesab qoyub, bunu verdiş halına çevirənlər az olsa da psixoloqlara müraciət edirlər. Onlar ünsiyyətdə olarkən özlərini ağıllı və şanslı hesab edirlər. Bu isə özünü sakitləşdirmək metodundan başqa bir şey deyil. Bu zəncirvari oyun bütün ailəni və yaxınlarını uçuruma sürükləyir. Özlərini və yaxınlarını borcdan xilas etmək üçün bank kreditlərinə əl atırlar, bu dəfə isə banka borclu olur. Beləliklə, bataqlıq davam edir. Nəhayət ki, tək azarkeş özüylə birgə ailəsini də cəhənnəmə sürükləyir. Belə insanların ailələri ilə də tanış olmaq şansını əldə edirik. Qeyd edim ki, bu tipli xəstələr utanmaq və əxlaq duyğularını itirdiklərinə görə əziyyəti ailəsi, övladı çəkir.

- Sizcə, son zamanlar ölkədə artan intiharların bir səbəbi də mərcdəki şanssızlıq, uğursuzluq ola bilər?

- Son zaman mediada belə şeylərlə rastlaşırıq. Özünü asan, öldürən, müxtəlif üsullarla özünə qəsd edən, təbii ki, böyük faciədir. Hazırda ölkənin rifahını düşünmək lazımdır. Düşünürəm ki, təbliğat məktəbdən başlamalıdır. Əlbəttə, statistika göstəricilərində, xəbərlərdə mərc oyunlarına görə canına qəsd edənlər barədə məlumatlar əks olunur. Bəlkə də, faiz göstərici çox ola bilər. Minimuma endirmək lazımdır. Sonda bildirmək istəyirəm ki, bəzi şeylərin təkrarı yoxdur. Həyat, sevgi və ömür kimi... Bizə verilən bu gözəllikləri həyəcanlara qurban verməyin.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

İntizam pozuntularına görə 8 vəkil cəzalandırılıb

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar