Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu: HƏMAS-la müharibə uzun aylar davam edəcək

İsrailin HƏMAS-a qarşı müharibəsi uzun aylar davam edəcək...

“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin 2024-cü il dövlət büdcəsinin təsdiqi ilə bağlı hökumət iclasını açarkən deyib.

"Aydın oldu ki, biz müharibəni aparmalıyıq və bu, hələ çox aylar çəkəcək. Ona görə də bu gün hərbi büdcəni önə çəkirik. Bu, müharibə vəziyyətində olduğumuz ilin büdcəsidir. Bu, bizdən planlaşdırdığımızdan daha çox təhlükəsizlik xərcləri tələb edir. Həmçinin başa düşürük ki, İsrail dövlətini bir çox malların xarici satınalmalarından, yerli satınalmalardan, yerli istehsal imkanlarından asılılıqdan azad etmək üçün çoxillik plana investisiya qoymalıyıq", - Netanyahu bildirib.

"Hazırda ilk növbədə, müharibə xərclərini ödəməyimiz tələb olunur ki, bu da cari ildə müharibə aparmağımıza və HƏMAS-ın zərərsizləşdirilməsi, girovlarımızın geri qaytarılması, həm şimalda, həm də cənubda təhlükəsizliyin bərpası da daxil olmaqla hədəflərinin yerinə yetirilməsini başa çatdırmağımıza imkan verəcək", - Baş nazir əlavə edib.

“100 gün əvvəl HƏMAS-ın yırtıcıları İsrail dövlətinə soxuldular, vətəndaşlarımıza təcavüz etdilər, yandırdılar və girov götürdülər. Biz onların yarısını geri qaytardıq, onların hamısının istisnasız olaraq evə qayıtması üçün hər şeyi edirik və bu səylər ardıcıl davam edir. Biz bunları müharibənin digər məqsədlərinə çatmaqla eyni vaxtda tamamlayacağıq”, - Netanyahu vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, İsrailin uşaqlar, qadınlar və qocalar daxil olmaqla 200-dən çox vətəndaşının terrorçular tərəfindən girov götürülməsi ilə müşayiət olunub.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.

Poliqon.info


Etiket: Netanyahu HƏMAS


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar