Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neçirvan Bərzaninin Azərbaycan səfəri... - Gözləntilər nədir?

İraq Kürdüstan Regionunun başçısı Azərbaycanda səfərdədir...

Politoloq: “Doğrudur, Neçirvan Bərzaninin Azərbaycana səfəri ilk dəfə gerçəkləşir. Amma bundan öncə İraq Kürdistan Regionunun başçısının Davosda Azərbaycan prezidenti cənab İlham Əliyevlə görüşləri olub”.

“Düşünürəm ki, İraq Kürdistan muxtar vilayəti ilə Azərbaycan, eləcə də Azərbaycan-Kürdistan-Türkiyə arasında üçlü əlaqələrin inkişaf etdirilməsi mümkündür”.

Bu sözləri politoloq Samir Hümbətov İraq Kürdüstan Regionunun başçısının Azərbaycana səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Bu gün İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycana səfərə gəldi. Bu Bərzanilərin Azərbaycana ilk səfəridir. Bu səfərin gözləntiləri nə ola bilər və Azərbaycanla İraq Kürdistanın əlaqələrinin inkişafı qarşılıqlı olaraq nə vəd edir?

Mövzunu Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Neçirvan Bərzaninin Azərbaycan səfərində iqtisadi, mədəni, siyasi, diplomatik, tarixi əlaqələrin daha da inkişaf etdirilməsi mümkündür”.

Kürdistanın əsas ticarət dövriyyəsində neft-qaz amilinin ön sırada dayandığını vurğulayan politoloq Poliqon-a bildirib ki, Azərbaycanla bu sahədə mübadilənin aparılması, neft-qaz sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi mümkündür:

“Doğrudur, Neçirvan Bərzaninin Azərbaycana səfəri ilk dəfə gerçəkləşir. Amma bundan öncə İraq Kürdistan Regionunun başçısının Davosda Azərbaycan prezidenti cənab İlham Əliyevlə görüşləri oldu. Bu görüşdə də ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı razılıq əldə edildi. Eyni zamanda həmin görüş çərçivəsində Azərbaycan prezidenti Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət etdi.

Düşünürəm ki, İraq Kürdistan muxtar vilayəti ilə Azərbaycan, eləcə də Azərbaycan-Kürdistan-Türkiyə arasında üçlü əlaqələrin inkişaf etdirilməsi mümkündür. Nəzərə almaq lazımdır ki, Kürdüstan neftlə zəngin bir bölgədir. Həmçinin Kürdistan ərazi baxımından Yaxın Şərqin diqqət mərkəzində olan bölgədir. Kürdistanın əsas ticarət dövriyyəsində neft-qaz amili ön sırada dayanır. Hesab edirəm ki, Azərbaycanla mübadilənin aparılması, neft-qaz sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi mümkündür.

Samir Hümbətov: “Türkiyə-Azərbaycan-Kürdistan əlaqələrinin daha dərin inkişaf etdirilməsi mümkün olacaq”.

Eyni zamanda bildiyimiz kimi, Çinin Bir Yol Bir Kəmər layihəsinin şaxələnmiş forması həm də Yaxın Şərqdən keçir. Belə olan halda da əlaqələrin inkişaf etdirilməsi mümkündür. Yəqin ki, Türkiyə-Azərbaycan-Kürdistan əlaqələrinin daha dərin inkişaf etdirilməsi mümkün olacaq. Bildiyimiz kimi, həmin bölgələrdə türkmənlər də yaşayırlar. Nəzərə almaq lazımdır ki, onların da tarixi keçmişi bizimlə, həmçinin Türkiyə ilə sıx əlaqəlidir.

Bütün bunlara görə düşünürəm ki, Neçirvan Bərzaninin Azərbaycan səfərində iqtisadi, mədəni, siyasi, diplomatik, tarixi əlaqələrin daha da inkişaf etdirilməsi mümkündür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar