Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Necə olub ki, “Mossad” İsrailə hücumdan əvvəlcədən xəbər tutmayıb?

Bu gün baş verənlər deməyə əsas verir ki, bütün bu proseslər İsrail təhlükəsizik sisteminin qismən deqradasiyasına səbəb olub...

“Hazırkı Netanyahu hökuməti İsrail üçün HAMAS-dan, “Hizbullah”dan daha böyük təhdiddir”.

Poliqon xəbər verir ki, bunu politoloq Şahin Cəfərli HƏMAS-ın İsrailə hücumundan sonra tərəflər arasında başlayan münaqişəni şərh edərkən özünün sosial şəbəkə hesabında yazıb.

O, fikrini belə əsaslandırıb:

“Netanyahunun “Likud”u, ultraortodoksal haredim partiyaları və Batsalel Smotriç (maliyyə naziri), İtamar Ben-Qvir (“Kax” terror təşkilarının keçmiş fəalı, milli təhlükəsizlik naziri) kimi odioz fiqurların liderliyindəki dinçi-sionistlərdən ibarət bugünkü hökumət qurulduqdan dərhal sonra “məhkəmə islahatı” adı altında məhkəmə hakimiyyətinə hücuma başlayıb. Məqsəd Ali Məhkəmənin (Ali Ədalət Məhkəməsi – BAQATS) səlahiyyətlərini məhdudlaşdırmaq və hakimlərin parlament çoxluğu tərəfindən təyin olunması yolu ilə Ali Məhkəməni icra hakimiyyətinə tabe etdirməkdir.

İsrail dünyəvi dövlət sisteminin təməlini təşkil edən Ali Məhkəməni neytrallaşdırmaq əgər Netanyahunun cari maraqlarından (korrupsiya ittihamları üzrə təqib olunmaqdan yaxa qurtarmaq) irəli gəlirsə, haredimlərin və radikal dinçi-sionistlərin strateji maraqlarına xidmət edir. Onlar dünyəvi demokratik sistemi gələcəkdə (haredimlərin sürətli artımına paralel olaraq) teokratik diktatura (Qalaha dövləti) ilə əvəz etmək niyyətindədirlər. Məhz bu səbəbdən “məhkəmə islahatı” bütün sekulyar yəhudiləri ayağa qaldırdı. Və çox aydın şəkildə ortaya çıxdı ki, İsraildə ortaq dəyərləri olmayan 2 ayrı yəhudi toplumu var.

“Məhkəmə islahatı” sekulyar yəhudi toplumunun mühüm hissəsini təşkil edən ordu və kəşfiyyat rezervistlərinin də kəskin etirazına səbəb olub. (Rezervistlər İsrail təhlükəsizlik sistemində vazkeçilməz önəmə malikdir.) Ötən müddətdə TSAXAL, “Mossad”, ŞABAK və digər güc strukturlarının minlərlə rezervisti Netanyahuya müraciət edərək “məhkəmə islahatı”ndan dərhal vaz keçilməsini, əks halda xidmətdən istefa verəcəklərini bildiriblər. İstefa verənlər də olub. “Likud” içərisindən mötədil sağçıların da etirazları Netanyahunu “islahat”ı dondurmağa sövq edib, lakin “islahat”dan imtina edilməyib, çünki radikallar bu halda koalisiyadan çəkiləcəkləri ilə hədələyirlər.

Bu gün baş verənlər deməyə əsas verir ki, bütün bu proseslər İsrail təhlükəsizik sisteminin qismən deqradasiyasına səbəb olub. HAMAS-ın planlaşdırdığı hücumlardan nə “Mossad” xəbər tutub, nə ordu kəşfiyyatı, nə də digər təhlükəsizlik strukturları. Bunun bütün məsuliyyəti Netanyahunun üzərinə düşür.

Şübhəsiz ki, İsrail ordusu və polisi bu hücumları dəf edəcək, terrorçulara ağır zərbələr endirəcək. Lakin ölkənin təməl problemi xarici təhdiddən daha çox, daxildəki kəskin qütbləşmə və ortaq dəyərlərə malik olmayan 2 yəhudi toplumunun bir-birinə nifrətidir. Bunun aradan qaldırılması mümkün görünmür. Ultraordodoks haredimlərin sürətlə çoxalması nəticəsində gələcəkdə ölkənin demoqrafik strukturunun dəyişməsi gərginliyi və vətəndaş qarşıdurmasını daha da gücləndirəcək. 2060-cı illərin ortalarında sekulyar yəhudilərin azlığa düşəcəyi proqnozlaşdırılır. Bu, İsrail üçün fəlakət olacaq”.

Qeyd edək ki, ötən gün səhər saatlarından etibarən İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. HƏMAS İsrailə 5000 raket atdığını bildirib. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və ölkənin müdafiə naziri Yoav Qalant orduya ehtiyatda olan hərbçilərin çağırışını təsdiqləyib, həmçinin Qəzzadan 80 km radiusda “arxada xüsusi vəziyyətin” tətbiqinə göstəriş verib.

Hazırda İsrail ordusu Qəzzada “Dəmir Qılınclar” əməliyyatı keçirir. (Yeniavaz.com)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar