Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirliyin qaziyə verdiyi avadanlıqlar mənimsənilib? - Video

Vətən müharibəsi iştirakçısı Ceyhun Fərəcli tanışı tərəfindən aldadıldığını iddia edir. O bildirir ki, mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi proqramı çərçivəsində ona avtoyuma avadanlıqları verilib. O, tanışı ilə birlikdə avtoyuma məntəqəsi açmaq qərarına gəlib. Ona görə də həmin avadanlıqları tanışı aparıb və o vaxtan sonra onunla əlaqə kəsilib.

PİA.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Binəqədi rayonunda yaşayan Ceyhun Fərəcli deyir ki, həmin şəxslə məclislərin birində tanış olub. Ona Qaradağ rayonunda yaşadığını, avtoyuma məntəqəsini də elə Qaradağda açacağını deyib. Ceyhun Fərəclinin sözlərinə görə, rayon polisi də məsələdən məlumatlıdır.

Zərərçəkmiş indi polisin bu məsələni araşdırmasını, həmin şəxsdən avadanlıqlarının alınmasını istəyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirildi ki, hazırda fakt Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsində araşdırılır. Araşdırmanın nəticəsi ilə bağlı vətəndaşa məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar