Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik: “Bəzi idmançılarımız üçün bu ağır zərbə oldu”

“Tarixdə ilk dəfə olimpiya oyunları təxirə salındı”...

Bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, dörd il müddətinə Olimpiya Oyunlarına hazırlaşan idmançılarımız psixoloji cəhətdən çox məyus olub:

“Elə idmançılarımız var ki, illərdir bu oyunlara hazırlaşırdı. Bəzi idmançılarımız üçün bu ağır zərbə oldu, bəziləri üçün isə növbəti şans. Yaş məhdudiyyəti ilə bağlı idmançılarımızın növbəti illərdə Olimpiya Oyunlarına qatılması mümkünsüz olacaq. Lakin yeni nəsil, gənc idmançılarımız üçün bunu daha yaxşı hazırlaşmaq üçün fürsət kimi qiymətləndirmək olar.

Karantin rejimi çərçivəsində tətbiq edilən qərarlar qüvvəyə mindiyində Federasiyalardan Nazirliyə müraciətlər başladı. Biz Federasiyalarla birlikdə bir açıqlama hazırladıq. İdman zallarının fəaliyyətinin dayandırılması isə idmançılarımıza ikinci bir zərbə oldu. Lakin, biz bunun öhdəsindən gələ bildik”.

S.Məmmədova idmançıların Nazirliyə müraciətindən də danışıb:

“İdmançılarımız məşq etmək üçün onlara şərait yaradılmasını tələb edirdilər. Mövcud vəziyyətlə bağlı biz onların müraciətləri əsasında Nazirlər Kabineti yanında operativ qərargahla əlaqə saxladıq. Operativ qərargahdan bizə müsbət cavab gəldi.

Artıq Milli Yığma komandalarımız İdman və Gənclər Nazirliyinin balansında olan idman qurğularında qapalı şəkildə məşqlərə başlayıb. İdmançılar səhhəti, sağlamlıq durumları ilə bağlı yoxlamalardan keçdilər. Yekun cavablar əsasında üzgüçülük, basketbol, cüdo, karate, boks, güləş, stolüstü tennis və s. idman növləri üzrə Milli Yığmaların idmançıları qapalı məşqlərə başlayıblar”.

pia.az


Etiket: idmançılar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar