Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər xalqın qarşısına çıxır: Xidmət rəisi “Facebok”da canlı yayıma qoşuldu– Video

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Facebook sosial şəbəkəsində canlı yayımda vətəndaşların suallarını cavablandırıb

PİA.az Virtualaz.org-a istinadən bildirir ki, DMX rəisinin sosial şəbəkə istifadəçiləri ilə birbaşa əlaqəsi təxminən bir saat davam edib.

Dövlət Miqrasiya Xidmətində işə düzəlməklə bağlı suallar üstünlük təşkil edib. V. Hüseynov bildirib ki, vətəndaşlar bir çox hallarda sosial şəbəkə vasitəsilə ona CV-lər göndərirlər. Həmin CV-lərə baxılsa da, işə qəbul müsabiqə əsasında keçirilir.

Suallar arasında ikinci yerdə vətəndaşlığa qəbul və vətəndaşlıqdan çıxma ilə bağlı olub.

DMX rəisi bu formatlı ünsiyyəti davam etdirməyə çalışacağını deyib:

"Bildiyiniz kimi, hər ayın sonunda vətəndaşları qəbul edirik. Ancaq bu qəbulların gedişində vətəndaşlar çoxu özəl suallarla müraciət edirlər. Belə bir onlayn yayım vasitəsilə biz ölkə vətəndaşlarının əksəriyyətini maraqlandıran sualları dinləmək və cavablandırmaq istəyirik".

Xatırladaq ki, Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə yüksək vəzifəli məmurları ölkə vətəndaşlarının problemlərini daha diqqət və məsuliyyətlə həll etməyə, ictimaiyyəti isə dövlət qurumlarına vətəndaş nəzarətini gücləndirməyə çağırıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar