Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabinetinin saytında yeniliklər edilib

Bu gündən saytın ingilis dili versiyası fəaliyyətə başlayıb

Nazirlər Kabineti Aparatının rəsmi internet saytı (www.cabmin.gov.az) daha da təkmilləşdirilərək yenilənib. Belə ki, bu gündən saytın ingilis dili versiyası fəaliyyətə başlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, saytın xarici dillərdə olan versiyaları kütləvi informasiya vasitələrinin, tədqiqatçıların, beynəlxalq təşkilatların, xarici ölkələrin müvafiq qurumlarının istifadəsi məqsədilə yaradılıb. Daha bir yenilik isə video materiallarla bağlıdır. Belə ki, Azərbaycan Prezidentinin Nazirlər Kabinetində keçirdiyi iclaslar, Baş Nazirin və Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı video materialları Nazirlər Kabinetinin yeni yaradılan (AR Nazirlər Kabineti) “Youtube” səhifəsində də izləmək mümkün olacaq.
Hazırda saytda müntəzəm olaraq Baş Nazirin iştirakı ilə keçirilən görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir. Bütün bunlar haqqında, həmçinin Nazirlər Kabinetinin “Twitter” (@AzerbaijanNK‏) sosial şəbəkəsindəki rəsmi səhifəsindən də məlumat əldə etmək mümkündür. Nazirlər Kabinetinin “Twitter” səhifəsindən 3 dildə - Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.( ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar