Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: “Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə fəaldırlar”

“Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında və yenidən qurulmasında fəal iştirak edirlər”...

Bunu Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, 2021-2023-cü illərdə həmin ərazilərə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılıb. Bununla belə, Türkiyənin özəl sektoru ilə birlikdə Qarabağ və Şərqi Zəngəzurda müxtəlif layihələr icra edilir və birgə layihələr iki ölkənin iqtisadi inkişafında mühüm rola malikdir.

“Bu layihələr qardaşlığımızın möhkəmlənməsi, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalı, rifahın yüksəlməsi və yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü və iştirakı ilə həyata keçirilən, regional inkişafa və təhlükəsizliyə töhfə verən meqalayihələr qlobal əhəmiyyətə malikdir. Enerji sahəsində səmərəli əməkdaşlıq, imzalanan sənədlər, uğurla reallaşdırılan birgə təşəbbüslər və layihələr beynəlxalq arenada ölkələrimizin mövqeyini daha da gücləndirməklə yanaşı, regional enerji təchizatında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Trans-Anadolu Qaz Kəməri (TANAP) layihələri Avropa və Asiya arasında enerji infrastrukturunun formalaşdırılmasında böyük əhəmiyyətə malikdir”, - deyə nazir qeyd edib.
M.Cabbarov bu il sentyabrın 25-də Naxçıvanda iki ölkənin dövlət başçılarının iştirakı ilə təməli qoyulmuş İğdır-Naxçıvan qaz kəmərindən də danışıb:

“Hazırda kəmərin tikintisi davam etdirilir. Bu layihə də Azərbaycan-Türkiyə qardaşlığının bir nümunəsidir. Bundan başqa, bərpa olunan və yaşıl enerji üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması qarşılıqlı faydalı tərəfdaşlıqda mühüm istiqamətlərdəndir. Azərbaycanın xarici investorlarla əməkdaşlığı çərçivəsində alternativ və bərpa olunan enerji üzrə layihələrindən əldə olunan enerjinin gələcəkdə region ölkələrinə, o cümlədən Türkiyə və Avropaya ixracı mümkündür. İqtisadiyyat Nazirliyi olaraq, biz iki ölkə arasında ticarət və iqtisadi kooperasiyanın daha da inkişaf etdirilməsi üçün səyləri artırırıq. Məsələn, bu ilin iyun ayında İstanbuldakı Azərbaycan Baş Konsulluğunda ticarət nümayəndəsi fəaliyyətə başlayıb və artıq ikitərəfli iqtisadi, xüsusilə investisiya əlaqələrinin inkişafında aktiv rol oynayır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib

Ən çox oxunanalar