Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: “Şəhid ailələri və müharibə əlillərinə 14 100 mənzil və fərdi ev verilib”

“Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı olaraq onların təqaüdü ötən dövrdə 6 dəfə artırılıb. Həmçinin şəhid hərbçilərin ailələrinə və müharibə əlillərinə birdəfəlik ödəmələr verilib”.

“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, şəhid ailələri və müharibə əlilləri üçün mənzil təminatı proqramı da 5 dəfə genişlənib: “Son 3 ildə 5 300, ümumilikdə isə 14 100 mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 500 avtomobil verilib”.

Nazir bildirib ki, postmüharibə dövründə cənab Prezidentin göstərişi ilə 124 min şəxsə 309 min xidmət göstərilib: “O cümlədən 103 min şəxsə sosial ödəniş təyin olunub, 20 min şəxsin məşğulluğu təmin edilib, 51 min şəxsə reabilitasiya xidməti (o cümlədən 458 yüksək texnologiyalı protez) təqdim olunub”.

Poliqon.info 


Etiket: Nazir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar