Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir Riqa sammitini etiraz əlaməti olaraq yarımçıq tərk edib


Azərbaycan Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» sammitinin yekun Riqa bəyannaməsinə qoşulub


Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: "Amma iclasda da qeyd olundu ki, Azərbaycan Respublikasının yekun bəyannamə ilə əlaqədar öz qeyd-şərtləri var".

Bundan qabaq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun yekun bəyannaməyə dair müzakirələri yarımçıq tərk etdiyi bildirilirdi.

"Azadlıq" radiosu müxbirinin məlumatına görə, Elmar Məmmədyarov sammitdəki çıxışında sənədin mətni, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəyə qəti narazılıq bildirib.

Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiriNorvuz Məmmədov Azərbaycanın iradlarını belə açıqlayıb: «Əsas iradlarımız odur ki, biz bu bəyannamənin ruhunu Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığına uyğun görmürük».

O, Riqa sammitində Azərbaycan tərəfi ilə bağlı yaranan gərginliyi məhz bəyannamənin mətni ilə izah edib: «Konkret hansı hissələrlə bağlı iradlarımız olduğunu indi açıqlamaq istəmirəm. Amma bildirmək istəyirəm ki, bəyannamənin Azərbaycanla bağlı müddəaları əməkdaşlığın ruhuna cavab vermir. Eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmadan da narazıyıq».

N.Məmmədov əlavə edib ki, bütün bu iradlar Avropa İttifaqı rəhbərliyinə, iştirakçı dövlətlərin başçılarına çatdırılıb: «Bununla bağlı böyük gərginlik yarandı. Biz ümumi bəyannaməyə razılıq verdik. Amma xüsusi mövqeyimizi əlavə etməklə. Bu mövqeyimizi rəsmi şəkildə Aİ rəhbərliyinə göndərəcəyik».

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar