Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini: "Azərbaycan gənclərinin hər biri ideal deyil"

"Bu gün Azərbaycan gənclərinin hər biri ideal deyil"

"Təəssüf ki, Azərbaycanda narkomaniyaya düşən və ya digər mənfi cəhətləri olan gənclərimiz də var. Lakin gənclərin böyük əksəriyyəti sağlam, ürək açan mövqedədir".

Azvision.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral - Gənclər günü ilə bağlı mətbuat nümayəndələri ilə görüşdə deyib.

Nazir müavini qeyd edib ki, 2019-cu ildə gənclər sahəsində mövcud olan iki dövlət strategiyası çərçivəsində 19 kateqoriyada gənclərlə iş nəzərdə tutulur: "Burada texnologiya, elm məsələsi, elmdə olan gənclərə dəstək verilməsi layihələri, onların stimullaşdırılması və.s işlər daxildir.

İyul ayında Nazirliyin 25 illiyi ilə bağlı beynəlxalq çərçivədə tədbir keçirmək niyyətindəyik. Bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, ekoloji maarifləndirmə, tələbələrə iş, sağlam həyat tərzi, kompüter texnologiyaları və.s tədbirlərin keçirilməsi nəzərdə tutulur".

İ.Babayev deyib ki, nazirliyin balansında olan 12 Gənclər evində kifayət qədər fəallıq var və burada gənclər üçün göstərilən xidmətlər tam təmannasızdır: "Bu gün radikal qrupların, eləcə də xarici qüvvələrin təsirinə düşən gənclərimiz az da olsa var. Lakin az olsa belə bizi narahat edir. Çıxış yolu gənclərimizi maarifləndirmək, onları yönəltməkdir. Bir çox xarici qüvvələr milli maraqlara söykənən milli dövətçilik siyasətini həyata keçirməyi qəbul etmirlər. Bu, onları qıcıqlandırır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Ən çox oxunanalar