Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda gənc əsgərlərin andiçmə mərasimi keçirilib  

Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib...

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, mərasimdə şəhidləri və fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsi yad edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Polkovnik Mahmud Əmirov çıxışında gənc əsgərləri təbrik edərək hərbi andın mənasını, and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırladıb.

Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Gənc əsgər Qalib Zeynalov çıxışında hərbi xidmətə zəfər və mübarizə əzmi ilə gəldiyini bildirib və əsgər yoldaşlarına xidmətlərində uğurlar arzulayıb.

Valideynlər adından çıxış edən Ruslan Zeynalov sırada dayanan hər bir Vətən övladının peşəkar döyüşçü və bacarıqlı əsgər kimi formalaşacaqlarına, üçrəngli bayrağımızın dalğalandığı istənilən ərazidə qürurla, qətiyyətlə xidmət edəcəklərinə inandığını bildirib.

General-mayor Rəhim Cəfərov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, andiçmə mərasimi hər bir əsgərin həyatında unudulmaz və yaddaqalan günlərdən biridir.

Qeyd olunub ki, hərbi xidmətə yenicə qədəm qoyan gənc əsgərlərə ixtisaslarına uyğun təlim və məşğələlər keçirilir. Hərbi hissədə olan müasir şərait məşğələlərin səmərəli təşkilinə zəmin yaradır. Yanvar ayında ordu sıralarına daxil olan gənclərimiz də peşəsinin incəliklərinə yaxşı bələd olan peşəkar komandirlər tərəfindən keçirilən məşğələlərdə hərbi bilik və vərdişləri həvəslə öyrənəcək, yüksək döyüş hazırlıqlı hərbi qulluqçu kimi formalaşaraq Vətənə, xalqa, dövlət və dövlətçiliyə sonsuz sədaqətlə xidmət edəcəklər.
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Poliqon.info


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay