Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan əhalisinin sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublikada əhalinin sayını açıqlayıb. 2024-cü il yanvarın 1-nə olan proqnoza əsasən ötən illə müqayisədə əhalinin sayı 0,6 faiz çoxdur...

Naxçıvan MR Dövlət Statistika Komitəsinin əməkdaşı Elvin Quliyev “Report”un yerli bürosuna bildirib ki, 1 yanvar 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı 468 566 nəfər olub ki, bu da 1 il öncəki göstəricidən 0,6 faiz çoxdur. Ümumi əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Əhalinin 35,5 faizi şəhər, 64,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı isə 85 nəfərdir.

Statistikaya əsasən, ümumi əhalinin 97,2 min nəfəri Naxçıvan şəhərində, 113 min nəfəri Şərur, 77,8 min nəfəri Babək, 50,7 min nəfəri Ordubad, 48 min nəfəri Culfa, 33,5 min nəfəri Kəngərli, 25,4 min nəfəri Şahbuz, 23 min nəfəri isə Sədərək rayonunda qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ildən başlayaraq Naxçıvanda ev təsərrüfatlarının uçotunun aparılmasına başlanılıb. Bununla bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah təşkil edilib və statistik məlumatlar dürüstləşdirilərək mərkəzi elektron sistemə yerləşdirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar