Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Navalnıya 2050-ci illərə qədər internetdə çıxış etmək qadağan edilib...

Moskva Şəhər Məhkəməsinin mətbuat xidməti bazar ertəsi bildirib ki, Aleksey Navalnının yeni cəzası təkcə xüsusi rejimli koloniyada 19 il deyil, həm də internetdə mesajların dərcinə 10 illik qadağa daxildir...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, bu mesaj sonradan silinsə də, TGStat xidmətində saxlanılır.

Bununla bağlı hüquqşünaslar “Aqentstvo” nəşrinə bildiriblər ki, Navalnıya qarşı məhkəmə qərarında doğrudanda həm həbs müddəti ərzində, həm də həbsdən sonrakı on il ərzində internetdə hansısa fikir bildirmək qadağa yer alır. Qadağanın vəkillər vasitəsilə ötürülən sözlərə şamil edilib-edilmədiyi isə bəlli deyil.

Moskva Şəhər Məhkəməsinin mətbuat xidməti bildirib ki, Navalnı “10 il müddətinə ictimai informasiya və telekommunikasiya şəbəkələrində, o cümlədən internetdə müraciətlərin və digər materialların yerləşdirilməsi ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə” həbs cəzasına məhkum edilib.

Beləliklə, Navalnı, yeni hökmə görə, ən azı 2050-ci illərin əvvəlinə qədər internetdə mesajlar dərc edə bilməyəcək.

Qeyd edək ki, ötən həftə Moskva Şəhər Məhkəməsi Vladimir vilayətindəki koloniyalardan birində keçirilən iclasda Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs cəzası verib. Bu müddətin siyasətçinin indi çəkdiyi cəzaya necə əlavə olunacağı hələ dəqiq bəlli deyil.

Navalnının koloniyada qaldığı ümumi müddət 19 il olsa belə, o, 2040-cı illərin əvvəllərində azadlığa çıxa biləcək, bu o deməkdir ki, onun üçün 2050-ci illərin əvvəllərinə qədər internetdə çıxış etmək qadağandır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar