Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun üç istiqamətdə yeni müdafiə planı...

NATO Vilnüs sammitində öz işinin əsas hissəsini artıq başa çatdırıb...

Vülnüsdə Şimali Atlantika Alyansı düşmənlərin qarşısını almaq və müttəfiq dövlətlərin ərazilərinin “hər qarışının” mühafizəsini təmin etmək üçün müfəssəl müdafiə planlarını təsdiqləyib.

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzetinin məlumatında bildirilir. Qəzet qeyd edir ki, Sovet İttifaqının dağılmasından sonra ilk dəfə olaraq NATO kollektiv hərbi müdafiə ilə bağlı müfəssəl planları siyasi təsdiq aldı.

Planlar Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı, general Kristofer Kavoli və onun qərargahı tərəfindən hazırlanıb. Yeni müdafiə planları NATO-nun üç əsas məsuliyyət sahəsini əhatə edir:

1. Alyansın şimal ərazisi, o cümlədən Arktika, o cümlədən Baltikyanı;

2. Şərq cinahı, Rusiya ilə sərhəd ərazilər;

3. Cənub-şərq cinahı, o cümlədən Aralıq və Qara dənizlər hövzələri.

Planlarda hər bir iştirakçı ölkə üçün mühafizə olunmalı olan konkret sahələr, hansı müttəfiqlərlə işləmək və hansı avadanlıqdan istifadə etmək lazım olan tapşırıqlar müəyyən edilib.

NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bildirib ki, üç regional plan müttəfiq ölkələrin bütün sahələrdə, kosmosda, kibersahədə, quruda, dənizdə, havada çəkindirmə və müdafiə üçün coğrafiyalar arasında nə etməli olduqlarını izah edir.

Planlar həmçinin NATO qüvvələrinin hazırlıq vəziyyətində olmasını nəzərdə tutur ki, lazım gələrsə, üzv ölkələrdən cəlb edilən 300 000 hərbçinin ən geci 30 gün, ən tezi üç gün, ortalama 10 gün ərzində yerləşdirilməsini nəzərdə tutur.

Poliqon.info.




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay