Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: “Hökumət təzə söz tapıb, qiymət artıb demir, dəyişib deyir”

“Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında deyib ki, “Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsini Tarif Şurası müvafiq qaydalara uyğun həyata keçirir, şuranın tənzimlədiyi 13 493 adda dərmandan son qiymət artımı səbəbindən 277 adda dərmanın qiyməti dəyişib”. Hökumət təzə söz tapıb, qiymət artıb demir, dəyişib deyir. Daha sonra Əli Əsədov etiraf edib ki, “Azərbaycanda əhalinin istifadə edə biləcəyi dərman vasitələrinin 95 faizindən çoxu idxal edilir, beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur”. Həm Baş Nazir, həm də hökumətin digər üzvləri həmişə nəticədən danışırlar, səbəbləri deyə bilmirlər və həmişə də ölkədə mənfi nə baş verirsə, bunu beynəlxalq problemlərlə izah etməyə çalışırlar. Halbuki, bütün problemlərin kökü də, həlli yolları da Azərbaycan hakimiyyətindən çox asılıdır”.

PİA.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, dövlət tərəfindən Tarif Şurası vasitəsi ilə dərman qiymətlərinin tənzimlənməsi qərarı çox səhv, yanlış, absurd və mənasız qərardır, dərhal bu tənzimlənmə mexanizmi ləğv edilməlidir: “Bu mexanizm yaradılandan sonra qiymətlər qalxır, keyfiyyət isə aşağı düşür, çünki qiymət təyin edilməsi istehsalçı ölkələr və molekullar üzrədir. Bu zaman molekulların ən ucuzu, keyfiyyətsizi alınıb ölkəyə gətirilir, keyfiyyətli dərman qıtığı yaranır və qiymətlərin isə yüksəlməsi prosesi baş verir. Ölkədə Tarif Şurasının tənzimlənməsi tətbiq olunandan, onlarla dərman satan kiçik və orta şirkətlər iflas edib bazardan çıxdılar, böyük şirkətlər qalıblar ki, onlar da qiyməti diktə etməkdə çətinlik çəkmirlər. Digər bir məsələ gömrük rüsumları və vergilərlə bağlıdır. Bu məsələ ki, birbaşa hökumətdən, parlamentdən asılıdır, bunun beynəlxalq səbəblərlə nə əlaqəsi var?! Ölkədə dərman pereparatlarına 18% ƏDV var, niyə olmalıdır ki?! Nədən sıfırlanmır, nədən azadılmır, niyə gömrük rüsumları tam ləğv edilmir, axı Əli Əsədov özü etiraf edir ki, biz 95% dərmanları xaricdən gətiririk, yerli istehsal yox kimidir, bəs bu rüsumlar nədən var?! Gömrükdə o mallara yüksək rüsum olmalıdır ki, bol yerli istehsalı var, daxili istehsalçını qorumaq üçün müəyyən “proteksionist” yanaşma mümkündür, bizdə olmayan istehsalın nəyini qoruyurlar?! Hökumət anlamırmı ki, istənilən rüsum və verginin son ödəyicisi vətəndaşdır, istehlakçıdır?! Bilirlər, yaxşı bilirlər, amma hesabatlı və seçkili hökumət olmadığı üçün vətəndaşdan-seçicidən asılı deyillər, ona görə də vergi-rüsum siyasətində bildiklərini “oxuyurlar””.(Pravda)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar