Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müstəqil sığorta ekspertinin fəaliyyətinə dair minimum tələblər təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”i təsdiq edib...

Poliqon xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair tələblər, müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə bağlanılan xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqaviləyə dair tələblər, eləcə də müstəqil ekspertlərin hesabatlılığına dair tələblər müəyyənləşib.

Müstəqil ekspert fəaliyyəti ilə bağlı AMB-yə rüblük hesabatlar təqdim edəcək. Həm fiziki, həm də hüquqi şəxs müstəqil ekspertlərin hesabatları rüb başa çatdıqdan sonra 20 gün müddətində elektron imza ilə təsdiq edilərək təqdim olunacaq.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar