Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrın əməkdaşı döyüş yerlərindən fəxrlə keçdi - Foto

Azərbaycan Dövlət Akademik Misiqili Teatrının gənc balet artisti, Vətən müharibəsinin könüllü əsgəri Murad Ağayev Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Şuşada keçirilən tədbirdə iştirak edib.

Füzulidən Şuşayadək döyüş yolu keçmiş, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş M.Ağayev mədəniyyət işçilərinə Vətən müharibəsi zamanı keçdiyi döyüş yerlərini göstərib, onlarla xatirələrini bölüşüb.

“Mən 44 günlük Zəfər tariximizdən sonra ilk dəfədir müqəddəs Şuşa torpağına ayaq basıram. Hər qarışı əzizdir… Bu barədə danışmaq o qədər də asan deyil. Haqq-ədalət savaşımızda döyüş yoldaşlarımı itirdim… Nə qədər ağır və çətin günlər yaşasaq da, eyni zamanda o günlər şərəfli idi...

Akademik Musiqili Teatr ailəsinin bir üzvü kimi könüllü olaraq döyüşlərdə iştirak etdiyimə görə qürur duyuram…

İndiyə qədər aldığım bütün mükafatlar dəyərlidir, amma Şuşa torpağında olduğumu hiss etmək tam başqadır. Sözlər duyğularımı izah etməyə acizdir, sevincim, qəhərim bir-birinə qarışıb.

İndi o anlar kino lenti kimi göz önümdən keçir… Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Teatrımızın işıqçısı Əliağa Məmmədov olmaqla, Zəfər tariximizi yazan şəhidlərimizlə qürur duyuram”.

Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının kollecini bitirən Murad Ağayev 2015-ci ildən Akademik Musiqli Teatrda çalışır. İndiyə qədər teatrın repertuarında olan əksər tamaşalarda iştirak edib. Böyük qələbədən sonra teatrda ona baletmeyster assistenti vəzifəsinin icrası da həvalə olunub.
Vətən müharibəsində göstərdiyi igidliyə görə M.Ağayev ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Laçının azad olunmasına görə” medalına layiq görülmüşdür.

pia.az

 

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar