Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda bu həftə 5 tamaşa nümayiş olunacaq


Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq


Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 7, 8, 9 aprel tarixlərində saat 12.00 və 19.00-da “Silva” (İ. Kalman), “Düyməcik” (H.K. Andersen), “Mənim günahım” (Q. Qarayevin musiqiləri və İ. Əfəndiyevin eyni adlı pyesi əsasında), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi) tamaşaları təqdim olunacaq. 

Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Fatma Mahmudova, Şükufə Yusupova, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Almaz Ələsgərli, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, İlham Hüseynov, aktyorlar Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Marina Litvinenko, Nadejda Povelitsina, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Yuliya Heydərova, Əliməmməd Novruzov, Telnaz Hüseynova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzimova, Əmrah Dadaşov, Fərid Rzayev, Elməddin Dadaşov, Gülnarə Əzizova, Nahid İsgəndərzadə, Cəlalə Novruzlu, Murad Əliyev, Fidan Babayeva, teatrın on yaşlı aktyoru Rahib Məmmədzadə və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 7 aprel tarixində saat 19.00-da İ. Kalmanın “Silva” operettası böyüklər, 8 aprel tarixində saat 12.00-da H.K. Anderseninn “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” əsəri 10 aprel tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.  

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar