Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musa Musayevin “ASAN xidmət”lə anlaşılmazlığı...

Sabiq millət vəkili Musa Musayev  “ASAN xidmət” barəsində öz sosial şəbəkə hesabında yazdığı tənqidi fikirləri silib...

Sabiq millət vəkili, Naftalan Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Musa Musayev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstən “ASAN xidmət” barəsində tənqidi fikirlər səsləndirib.

Yeniavaz.com xəbər verir ki, o, qərbi azərbaycanlıların şəxsiyyət vəsiqəsində doğum yerinin dəyişdirilməsi prosesinin çətinləşdirildiyini iddia dib və buna görə “ASAN xidmət”i tənqid edib.
“Bu gün səhər qalstukumu taxdım, kastyumumu geyindim, çox həvəslə və şux bir əhval-ruhiyyə ilə 1 saylı “ASAN xidmət”ə üz tutdum. Məqsədim şəxsiyyət vəsiqəmi yeniləyib, doğma rayonumun və kəndimin adını tarixiləşdirmək idi. Bu məsələni mən vaxtilə parlamentin tribunasından 2000 və 2005-ci illərdə iki dəfə səsləndirmişdim. Bir neçə pəncərədən keçdim, mənasız sorğu sual... Nəhayət, doğum şəhadətnaməsinin tərcüməsi, həyat yoldaşımın sağ olması barədə arayış, anamın sağ olması barədə, 1998-ci ildə dünyasını dəyişən atamın ölüm kağızını və s. tələb etdilər. Anladım ki, “ASAN xidmət” çətin xidmətlə əvəzlənib, sakitcə sənədlərimi götürüb kor-peşman oradan uzaqlaşdım.

Deməli “Asan xidmət”də də erməni əli var? Yüzminlərlə qərbi azərbaycanlının şəxsiyyət vəsiqəsini dəyişməsi yəqin ki, baş tutmayacaq!”.

Musa Nusayev Yeniavaz.com-a açıqlamasında bunun səbəbini belə izah edib:

“Mən elə bildim, bu süründürməçilikdir. Əslində isə prosedur belə imiş. Gərək, o sənədləri yığasan. Ona görə də mən bu barədə yazdıqlarımı öz profilimdən götürdüm. Yəni burada anlaşılmazlıq olub”.

Məlumat üçün qeyd edək ki, 2000-2005-ci illərdə millət vəkili, 2006-2010-cu illərdə isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra etmiş Musa Musayev hazırda 20 saylı Nərimanov ikinci seçki dairəsinin sədri və Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş komissiyasının üzvüdür.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar