Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlərin sertifikasiya narazılıqları... - Kim haqlıdır?

Bir qrup müəllim Elm və Təhsil naziri Emin Əmrullayevdən Prezidentə şikayət edib...

Təhsil eksperti: “Sertifikasiya labüddür. Sadəcə olaraq sertifikasiya keçirən qurumun indiyə qədər keçirdiyi imtahanlardakı neqativlər, müsahibə mərhələsindəki xoşagəlməz hallar insanların haqlı ciddi narahatlığına və narazılığına səbəb olur”.

“Müəllimlər düşürnülər ki, Təhsil Nazirliyi qərəzli olaraq onların işlərini çətinə sala bilər. Hesab edirəm ki, bu ciddi bir məsələdir və burada ən vacib amil bizim müəllimlərin yanında olmağımızdır”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov bir qrup müəllimin Elm və Təhsil naziri Emin Əmrullayevdən Prezidentə şikayət etməklərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanın orta ümumtəhsil məktəblərində çalışan bir qrup müəllim Elm və Təhsil naziri Emin Əmrullayevdən Prezidentə şikayət edib. Müəllimlərin sertifikasiyasına qarşı kampaniya başladan hüquqşünas rəyi ilə bunun Konstitusiyaya və qanunlara zidd olduğunu bəyan edir. Onlar Sertifikasiya üçün Konstitusiya Məhkəməsinin rəyinin alınmasını tələb edirlər.

Bəs müəllimlər öz şikayətlərində haqlıdırlar?

Müəllimlərin sertifikasiya narazılıqlarını PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Kimsə ailəsinə yaxın olanları daha yaxşı vəzifəyə gətirir. Bu amillər də müəllimlərdə narahatlıq və narazılıq yaradıb. İnsanlar da yenidən sertifikasiyadan sonra bunu gözləyirlər”.

Sertifikasiyada hər hansı bir müəllimin hüququnun pozulmadığını vurğulayan ekspert PİA.az-a bildirib ki, burada problem imtahan götürən qurumla bağlıdır:

“İlk növbədə qeyd edim ki, ölkənin 4432 ümumtəhsil orta məktəblərində 142 min müəllim çalışır. Etiraf edək ki, müəllimlərin bilik və bacarıqları son dövrlərdə kifayət qədər yüksəlib. Bunun bir neçə vacib səbəbi var:

1. İşə qəbul prosesinin test imtahanı və müsahibə yolu ilə həyata keçirilməsidir. Bu bilik və bacarıqları şəxslərin təhsil prosesində iştirakına gətirib çıxarır.

2. 2014-2018-ci illərdə müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirildi. Bu da müəllimlərin öz üzərində işləməsinə gətirib çıxardı.

Düşünürəm ki, müəllimlərin sertifikasiyası vacibdir. Çünki işəgötürən işlədiyi işçinin birmənalı şəkildə bilik və bacarıqlarından məlumatlı olmalıdır. Buna görə də sertifikasiya labüddür. Sadəcə olaraq sertifikasiya keçirən qurumun indiyə qədər keçirdiyi imtahanlardakı neqativlər, müsahibə mərhələsindəki xoşagəlməz hallar insanların haqlı ciddi narahatlığına və narazılığına səbəb olur. İnsanlar düşünürlər ki, test mərhələsində çətinləşdirici süni suallar ola bilər. Eyni zamanda müsahibə mərhələsində namizədə az bal verib iş yerini itirmək halları ola bilər.

Kamran Əsədov: “Düşünürəm ki, Təhsil Nazirliyi və imtahanı keçirən digər təşkilat, qurumlar haqlı narahatlığa səbəb olacaq addım atmayacaqlar. Çünki bu ciddi rezonans doğura bilər”.

Müəllimlər düşünürlər ki, Təhsil Nazirliyi qərəzli olaraq onların işlərini çətinə sala bilər. Hesab edirəm ki, bu ciddi bir məsələdir və burada ən vacib amil bizim müəllimlərin yanında olmağımızdır. Çünki biz müəllimlərin, direktorların işə qəbul imtahanlarında və digər proseslərdə şəffaflığı, ədalətliliyi görmürük. Kimsə ailəsinə yaxın olanları daha yaxşı vəzifəyə gətirir. Bu amillər də müəllimlərdə narahatlıq və narazılıq yaradıb. İnsanlar da yenidən sertifikasiyadan sonra bunu gözləyirlər.

Sertifikasiyada hər hansı bir müəllimin hüquq pozuntusu baş vermir. Yəni sertifikasiya müəllimlərin əmək münasibətlərini pozmur. Sadəcə olaraq bir daha qeyd edim ki, burada problem imtahan götürən qurumla bağlıdır. Mən inanmıram ki, müəllimlərin narazılıqları anlayışla qarşılanacaq. Bizim müəllimlər həqiqətən də bilik və bacarıqlarının artırılması, eyni zamanda peşəkarlıq qabiliyyətlərinin yüksəldilməsi istiqamətində sertifikasiyada müsbət dəyərləndiriləcəklər.

Düşünürəm ki, Təhsil Nazirliyi və imtahanı keçirən digər təşkilat, qurumlar da haqlı narahatlığa səbəb olacaq addım atmayacaqlar. Çünki bu ciddi rezonans doğura bilər. Ümumiyyətlə, prosesin təşkilatçılığını hələ qənaətbəxş hesab etmək olar. Ümid edirəm ki, prosesin yekununda biz narahatlıq görməyəcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq

Qurban Qurbanov: "Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu"

ABŞ-nin dövlət borcu iki gündə rekord həddə artdı

1 bürc üçün fürsət ayı - Pul sel kimi gələcək

Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək - Yenilənib

Türkiyə İsrailin Quterreşi persona non qrata elan etmə qərarını pisləyib

Ən çox oxunanalar