Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müavini qətlə yetirilən bələdiyyə sədrindən danışdı


Saray qəsəbəsinin qətlə yetirilən bələdiyyə sədrinin vəzifəsini müavini icra edir


Bu barədə axar.az-a açıqlamasında mərhum bələdiyyə sədri Vəsilə Əbilhəsənovanın müavini Məhi Həsənov bildirib. 

Onun sözlərinə görə, hələlik seçki keçirilməyib və yeni sədr seçilməyib. Sədr müavini qətllə bağlı istintaqın davam etdiyini və yekunda qətlə aydınlıq gələcəyini açıqlayıb.    

M.Həsənov qətldə şübhəli bilinərək saxlanan şəxslərin V.Əbilhəsənova ilə qabaqcadan tanışlığı olduğunu təsdiqləyib: “Mətbuat müxtəlif versiyalar yazır. Əksəriyyəti şişirdir. Amma mətbuatın yazdığı kimi olmayıb. Onların torpaq satışında əlbir olması haqda nəsə demək olmaz. Çünki mən özüm bu işlərdə olmamışam”.    

Bələdiyyə sədrinin evinin yandırılmasına gəlincə, M.Həsənov deyib ki, mərhumun digər evindən tüstü qalxıb: “O da bilinmir ki, yandırılıb, ya yox. Ev yanmayıb, bir az tüstü qalxıb. Hər şey istintaqdan sonra bilinəcək”.    

Qeyd edək ki, V.Əbilhəsənova və əri Vəfadar Əbilhəsənovu öldürən Fədai Hüseynovun bələdiyyə sədrinə torpaq satışında kömək etdiyi bildirilir. F.Hüseynovun qardaşları Vüqar və Nuru da həbs edilib. 

V.Əbilhəsənovanın həyat yoldaşı Vəfadar Əbilhəsənov Azərbaycan Polad İstehsalı Kompleksi QSC-də aparat rəhbəri vəzifəsində çalışıb. Bələdiyyə sədri öz doğum günündə qətlə yetirilib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

Ən çox oxunanalar