Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müasir müharibə metodları və təhlükəsizlik çağırışları”


Bakıda I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda konfrans keçirilir


APA-nın məlumatına görə, müdafiə sənayesi naziri Yavər Camalov konfransda çıxışında qeyd edib ki, hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyanın 34 hərbi-sənaye kompleksi ilə əməkdaşlıq qurmağa nail olub.
 
Y. Camalov deyib ki, Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün durumuna düşüb. Onun sözlərinə görə, bu səbəbdən müdafiə sənayesi müəssisələri yenidən qurulub, müdafiə təyinatlı məmulatların yaradılması üçün cari və perspektiv planlar hazırlanıb, 1700-dən çox cihaz və tərtibatlar alınaraq quraşdırılıb. Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət göstərdiyi müddətdə 51 istehsal sahəsi yaradılıb: “Bu gün atıcı və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar istehsal olunur. İxrac əməliyyatlarının çəkisi durmadan artır. Bu gün sərgidə Azərbaycan istehsalı olan 168 adda müdafiə təyinatlı məhsul nümayiş etdirilir”.
 
Y. Camalov ADEX-2014 sərgisinin dünyada sülhə və təhlükəsizliyə xidmət edəcəyinə inandığını da qeyd edib: “Sizi növbəti, 2016-cı ildə keçiriləcək ikinci beynəlxalq müdafiə sərgisinə dəvət edirəm”.
 
Konfransda Azərbaycan müdafiə sənayesinin inkişafına həsr edilmiş film nümayiş etdirilib.
 
Qeyd edək ki, konfransda Türkiyə Müdafiə Sənayesi müstəşarı İsmail Demir, Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Riçard Fontaine, Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev, Türkiyənin MKEK şirkətinin baş direktoru İzzət Artniç, “Parmount Group” şirkətinin icraçı direktoru İvor İchikovitz çıxış edəcəklər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar