Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTN generalından istintaqa şərt




Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev və Natəvan Mürvətova barəsində olan cinayət işinin istintaqı yekunlaşıb


Məlumata görə, artıq tərəflər cinayət işinin materialları ilə tanış olurlar. Təxminən bir aya yaxındır davam edən tanışolma mərhələsinin uzanmasının səbəbi isə Sübahir Qurbanov olub.

Belə ki, general S.Qurbanovun həbsindən sonra bir neçə dəfə vəkilləri və özü tərəfindən səhhətinin yaxşı olmadığı, xəstə olduğu məsələsini qaldırıb və prokurorluqdan müalicə olunmasını istəyib. Bu dəfə isə S.Qurbanov cərrahiyyə əməliyyatı olunmasını istintaq qarşısında şərt kimi qoyub. Əks təqsdirdə isə materiallarla tanış olmayacağını bildirib. Onun istəyi yerinə yetirilmədiyi üçün S.Qurbanov və vəkilləri tanışolmadan imtina ediblər.

Yaxın günlərdə 3 generalın başçılıq etdiyi 10 nəfərlik dəstənin cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək. Həmin dəstəyə Teymur Quliyevin işçiləri Fərhad Atayev, Elşad Əzizov, Eşqin Əliyev, Anar Şirəliyev, Sübahir Qurbanovun işçiləri, Baş İdarənin 1-ci idarəsinin rəisi Fizuli Əliyev, şöbə rəisi Zaur Məmmədov və əməkdaş Natiq Alıyev daxildir.

S.Qurbanov Dövlət Bayraq Meydanının sabiq sədri Rəşad Məmmədovun əmlaklarının ələ keçirilməsi və özünün həbs edilməsi epizodu üzrə də ittiham edilir. Bu il may ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzası çəkilmiş hesab edildiyindən o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, general-mayor Teymur Quliyev ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin rəhbəri, general-mayor Sübahir Qurbanov nazirliyin IV Baş İdarəsinin rəisi, general-mayor Natavan Mürvətova isə nazirliyin Əməliyyat-Texniki İdarəsinin rəisi olub.

Adı çəkilən şəxslərdən yalnız Natavan Mürvətova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərarı seçilib, digərləri isə məhkəmə qərarı ilə həbs edilərək Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edilən şəxslər Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 320-ci (saxta sənəd hazırlama və istifadə etmə) və 178.3.1-ci (dələduzluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar