Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mossad rəhbəri Netanyahunun yerinə göz dikib

Kohen bildirib ki, “Likud” rəhbərliyini qəbul edib etmədiyini öyrənmək üçün ona zəng edənlər olub...

“The Independent”, Böyük Britaniya

Sentyabrın 17-də İsraildə təkrarlanan seçkilərdən sonra heç bir partiya 120 yerdən ibarət “Knesset”də höküməti qurmaq üçün çoxluq ələ bilməyib. Digər tərəfdən isə Bünyamin Netanyahunun lideri olduğu “Likud” Partiyasının koalisiya planlarından başqa yeni bir mübahisə də yüksəlir.

“Əl-Qüds əl-Ərəb” qəzetinin cümə günü verdiyi xəbərə görə, İsrail kəşfiyyat xidməti Mossadın rəhbəri Yossi Kohen Netanyahunun “Likud” Partiyasındakı yerini almağa hazırlaşır.

Netanyahu da daha əvvəl “Likud” daxilində yerini verə biləcəyi namizədlər arasında Kohenin ola biləcəyinə işarə etmişdi.

İsraildə koalisiya variantları

İbranicə yayım edən İsrailin “Yedioth Ahronoth” qəzetinin “Əl Qüds əl-Ərəbi”-yə istinadən verdiyi xəbərdə qeyd edilir ki, Kohen illər əvvəl Netanyahunun niyyətində necə ciddi olduğunu sınayıb.

2015-ci ildə Kohen Mossad rəhbəri olduqdan sonra çəkilmiş bu şəkli Netanyahu öz “Twitter” hesabından paylaşıb

Netanyahu üçün geri sayım başladıqdan sonra Kohen bildirib ki, “Likud” rəhbərliyini qəbul edib etmədiyini öyrənmək üçün ona zəng edənlər olub. Xəbərə görə Kohen: “Bəli, təbii olaraq siyasət, diplomatiya və strategiya məsələlərində lider olmaq marağımı çəkir. Bu durum məni (“Likud”u idarə etmək kimi) bəzi məsələlər üzərində düşünməyə vadar edə bilər”, deyib.

Mossada rəhbərliyi 2020-də bitəcək olan Kohen bildirib ki, vəzifəsini buraxandan sonra dediyi variantı da nəzərə alacaq. Kohen, həmçinin, qeyd edib ki, Netanyahunun xələfi olacağını bildirdikdən sonra ona qarşı çoxlu müsbət rəylər gəlib.

İsrail kəşfiyyat xidməti olan Mossadın 12-ci rəhbəri kimi 2015-ci ildə vəzifəyə gətirilən Kohen prezident Netanyahuya yaxın tərəfdaşı olmaqla yanaşı, həm də diplomatiya, kəşfiyyat və əməliyyat sahələrindəki təcrübəsi ilə də tanınırdı.

Ötən həftənin çərşənbə günü baş tutan seçkilərdə Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyası İsrail parlamenti “Knesset”də 31 yer qazanarkən, ən yaxın rəqibi olan sabiq Baş Qərargah rəhbəri Benni Gantzın liderlik etdiyi “Mavi-Bəyaz” İttifaqı da 33 yer qazanıb.

Təribində 4 müsəlman ərəb olan yer verən Oraq Ərəb Siyahısı da 13 yer qazanaraq parlamentdə ən çox səs qazanan 3-cü qrup olub.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar