Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvaya arxa çevirən Paşinyan - Ermənistan liderindən Avropa Parlamentində Rusiyaya ittiham...

Ermənistanın Baş nazirinin İrəvanda deyil, məhz Avropa Parlamentində Rusiyaya qarşı belə bir ittiham səsləndirməsi nədən xəbər verir?..

Siyasi-şərhçi: “Ermənistanın Baş nazirinin Avropa Parlamentində hakimiyyəti devirmək bəyanatı təsadüfi deyil. Paşinyan Avropaya, Qərbə mesaj verir ki, Rusiya onu devirmək istəyir”.

Rusiya Ermənistanda Paşinyana qarşı o qədər açıq hərəkət edir, açıq fəaliyyət göstərir ki, Paşinyanın da artıq bunu gizlətmək fikri yoxdur”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Ermənistanın Baş nazirinin Avropa Parlamentində Rusiyaya qarşı yönəlik çıxışını Poliqon-a şərh edərkən qeyd edib.

Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, Ermənistanın müttəfiqləri açıq şəkildə ölkədə hakimiyyəti devirməyə çağırıblar. Paşinyan ad çəkməsə də Rusiyanı nəzərdə tutduğu heç kimə sirr deyil.

Ermənistanın Baş nazirinin İrəvanda deyil, məhz Avropa Parlamentində Rusiyaya qarşı belə bir ittiham səsləndirməsi nədən xəbər verir? Demək olarmı ki, Paşinyan Rusiya ilə olan körpüləri yandırır?

Rusiya-Ermənistan münasibətlərinin son durumunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Paşinyan bu bəyanatı Avropa Parlamentində səsləndirməklə Qərbə mesaj verir ki, real təhlükə var və bu real təhlükədən ona qorumağa kömək etsinlər”.

Rusiyanın Ermənistanda əsas adamı olan Robert Köçəryanın tərəfdarlarının Paşinyana qarşı kütləvi aksiyalar təşkil etdiklərini xatırladan ekspert Poliqon-a bildirib ki, Rusiya çalışır bu aksiyaları haradasa, inqilabi proseslərə çevirsin:

“Son dövrlər Paşinyan bu tipli bəyanatları çox verir. Düzdür, o hakimiyyətin devrilməsi haqqında bəyanat verməyib, amma ona oxşar eyhamlar vurub. Rusiya Ermənistanda Paşinyana qarşı o qədər açıq hərəkət edir, açıq fəaliyyət göstərir ki, Paşinyanın da artıq bunu gizlətmək fikri yoxdur.

Ermənistanın baş nazirinin Avropa Parlamentində hakimiyyəti devirmək bəyanatı təsadüfi deyil. Paşinyan Avropaya, Qərbə mesaj verir ki, Rusiya onu devirmək istəyir. Ona görə devirmək istəyir ki, o artıq Rusiyanı tərəfdaş kimi görmür, daha çox Qərblə, ABŞ-la münasibətlər qurmağa üstünlük verir. Buna görə də Paşinyan mesajı Avropa Parlamentində səsləndirdi.

Ərəstun Oruclu: “Rusiya öz marağı üçün Azərbaycandan da, Ermənistandan da istifadə edib”.

Rusiya Ermənistanla körpüləri artıq yandırıb. Yəni, Ermənistanın nəzər nöqtəsindən, baxış bucağından baxdıqda Rusiya Ermənistana hərbi müttəfiq kimi nə 44 günlük müharibədə, nə də ondan sonrakı mərhələdə gözlədiyi dəstəyi verməyib. Rusiya öz marağı üçün Azərbaycandan da, Ermənistandan da istifadə edib. Bu gün də Rusiya Ermənistan ərazisindən Zəngəzur dəhlizi aşmağa çalışır. Bundan əlavə, Rusiyanın Ermənistanda əsas adamı olan Robert Köçəryanın tərəfdarları Paşinyana qarşı kütləvi aksiyalar təşkil edirlər. Rusiya çalışır bu aksiyaları haradasa, inqilabi proseslərə çevirsin.

Eyni zamanda Moskvadan Paşinyanın ünvanına ittihamlar, Kreml təbliğatçıları Paşinyanın ünvanına təhqirlər söyləyirlər. Bundan sonra əlbəttə ki, Paşinyan Rusiya ilə körpüləri yandıracaq. Əslində körpüləri Rusiya yandırıb. Amma Paşinyan da göstərir ki, bu körpüləri yandırmaqda özü də maraqlıdır. Çünki artıq Rusiya ona lazım deyil. Rusiya onun hakimiyyəti, ölkəsi üçün təhdiddir.

Bir daha qeyd edim ki, Paşinyan bu bəyanatı Avropa Parlamentində səsləndirməklə Qərbə mesaj verir ki, real təhlükə var və bu real təhlükədən ona qorumağa kömək etsinlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar