Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva və Tehranın Bakıya qarşı açıq təzyiqi...

İran və Rusiya Ermənistanı öz qanadları altına alıblar...

Politoloq: “Azərbaycan İranRusiyanın bəzi dairələrindən gələn təzyiqləri dəf etmək üçün resurslara malikdir”.

“Əgər İran Azərbaycanın daxili işlərinə qarışmaq istəyirsə, eyni baxış bucağını Azərbaycandan da görmüş olacaq”.

Bu sözləri politoloq Zaur Məmmədov Moskvanın və Tehranın Bakıya qarşı təzyiqlərini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar İranRusiyanın addımları onu göstərir ki, bu iki ölkə Ermənistanı öz qanadları altına alıblar. Hazırda həm Moskvanın, həm də Tehranın Bakıya qarşı təzyiqləri də açıq görünür və bu təzyiqlər əslində bir-birilərini tamamlamaqdadırlar.

Azərbaycan bu təzyiqlərə qarşı konkret addımlarla cavab verməlidir?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Bütün bu təzyiqlər, təhdidlər Azərbaycanı xarici və daxili siyasətlə bağlı radikal addımlar atmağa vadar edir. Biz yaxınlarda bunu görəcəyik”.

Əslində, İranın İsrail hədəfi və İsraili özünə təhdid görməsinin cəfəngiyyat olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, əsil təşviş İrandakı 30 milyonluq azərbaycanlılar, üstəgəl Azərbaycan Respublikasının 10 milyon sakini və İranın coğrafi hüqudlarında, yaxınlarında, sərhədlərində yerləşən üst-üstə 50 milyon azərbaycanlıdan qorxu hissi və qorxu xofu ilə bağlıdır:

Azərbaycan İranRusiyanın bəzi dairələrindən gələn təzyiqləri dəf etmək resurslara malikdir. Çox təəssüflər olsun ki, bəzi dövlətlər son 200 ildəki hadisələrin davam etməsini istəyirlər. 44 günlük müharibədən sonra regionda dəyişən geosiyasi konfiqurasiyanı qəbul etmək istəmirlər.

Ələxsus, İran Arazın şimal hissəsindəki hadisələrə daxil olmaq istəyir. Əslində İran bu hadisələrə daxil olmasını çoxdan gözləyirdi. 30 il ərzində dəfələrlə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edən “İran İslam Respublikası”nı biz görməkdəyik. Əlbəttə, hal-hazırda baş verən hadisələr bizi bir daha onu deməyə vadar edir ki, 30 ildə sonra artıq regionda proseslərin yeni məna kəsb etdiyi bir dönəmdə Azərbaycan da heç də müdafiə olunmayacaq. Əgər İran Azərbaycanın daxili işlərinə qarışmaq istəyirsə, eyni baxış bucağını Azərbaycandan da görmüş olacaq.

Zaur Məmmədov: “Hal-hazırda baş verən hadisələr bizi bir daha onu deməyə vadar edir ki, 30 ildə sonra artıq regionda proseslərin yeni məna kəsb etdiyi bir dönəmdə Azərbaycan da heç də müdafiə olunmayacaq”.

Əslində, İranın İsrail hədəfi və İsraili özünə təhdid görməsi cəfəngiyyatdır. Əsil təşviş İrandakı 30 milyonluq azərbaycanlılar, üstəgəl Azərbaycan Respublikasının 10 milyon sakini və İranın coğrafi hüqudlarında, yaxınlarında, sərhədlərində yerləşən üst-üstə 50 milyon azərbaycanlıdan qorxu hissi və qorxu xofu ilə bağlıdır. Artıq 100 ildir ki, f arslar, mütəşəkkil quruplar azərbaycanlılara qarşı İran dövlətinin içində sistemli şəkildə fəaliyyət göstərirlər. Çünki onlar çox yaxşı bilirlər ki,10-cu ərsdən 1920-ci illərin ortalarına qədər bu coğrafiyanın həqiqi sahibləri və bu coğrafiyada hökmdarlar kimlər idilər.

Sözsüz ki, Azərbaycan tərəfindən konkret addımlar atılır. Bütün bu təzyiqlər, təhdidlər Azərbaycanı xarici və daxili siyasətlə bağlı radikal addımlar atmağa vadar edir. Biz yaxınlarda bunu görəcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi təqdim edilib

Ən çox oxunanalar