Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva Paşinyanın Aİİ sammitində iştirakını gözləyir

Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) bu ilin mayında Moskvada keçiriləcək yubiley sammitində iştirakını gözləyir...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, bu il Ermənistan nümayəndə heyətlərinin mübadiləsini və səfərləri nəzərdə tutan Avrasiya İqtisadi İttifaqına sədrlik edir.

"May ayında Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammitinin keçirilməsi planlaşdırılır və təbii ki, Rusiya tərəfi ölkə lideri, sədr, baş nazir Paşinyanın orada iştirakını gözləyir", deyə Kopırkin bildirib.

Səfir yüksək səviyyələrdə qarşılıqlı səfərləri dövlətlərarası münasibətlər praktikasında adi hal adlandırıb: "Bu məsələ gündəmdə olub, var və qalır".

O, əlavə edib ki, Rusiya Federasiyasından erməni həmkarlarına 2024-cü ildə planlaşdırılan əlamətdar tədbirlərdə iştirak etmək üçün bir sıra dəvətlər var.

Noyabrda Paşinyan demişdi ki, assosiasiyanın Minsk görüşünə getməmək qərarına baxmayaraq, İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır. Eyni zamanda, siyasətçi silah və sursat tədarükü üçün yeni tərəfdaşlar axtardığını etiraf edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar