Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moratinos: Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolu mühümdür

Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolu mühümdür...

Poliqon xəbər verir ki, bunu Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə deyib.

QMİ-dən bildirilib ki, Şeyxülislam A. Paşazadə Migel Anxel Moratinosun təmsil etdiyi qurumun dünyada dinlərarası dialoq prosesinə real töhfələrini yüksək dəyərləndirib. Dini lider BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin sivilizasiyalararası əməkdaşlıq işinə səy və əməlləri ilə mühüm dəstək verən Azərbaycan dövlətinin təşəbbüslərinə dəstək verməsini, ölkəmizin evsahibliyi etdiyi tədbirlərdə yaxından, fəal iştirakını xüsusi qiymətləndirib. QMİ sədri vurğulayıb ki, M.A.Moratinosun qarşıdakı mühüm əhəmiyyətli qlobal tədbir — VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakının mədəniyyətlər və dinlərarası dialoq işinə böyük töhfə verəciyinə əmindir. Alyansın müasir dövrün təhdidləri ilə mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayan Şeyxülislam A. Paşazadə Ali nümayəndənin bu sahədə fəal səylərini xüsusi xüsusi qeyd etdi.

Məlumata görə, Moratinos Şeyxülislam A.Paşazadə ilə dünyanın bir çox ölkələrində aparıcı dinlərarası platformalar çərçivəsində görüş və əməkdaşlıq nümunələrini məmnunluqla xatırladaraq, Alyans xəttilə qarşıdakı tədbirlər barədə məlumat verdi və bu bu tədbirlərdə Şeyxülislam A. Paşazadənin iştirakının arzuolunan olduğunu qeyd etdi. Öz növbəsində, cənab Moratinos bu ilin mayında iştirak edəcəyi Bakı Forumu çərçivəsində dini liderlərin panel görüşü formatında toplantısına xüsusi dəyər verdiyini və onun işinə qatılacağını bildirdi. Təmsil etdiyi qurumun beynəlxalq təhlükəsizliyin təmin olunmasında dini liderlərin roluna böyük əhəmiyyət verdiyini qeyd edən BMT rəsmisi Azərbaycanın dini liderinin bu istiqamətdə hər zaman fəal səylərlə çıxış etdiyini dəyərləndirdiyini ifadə etdi.

O, həmçinin, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolunun mühüm olduğuna toxundu. Şeyxülislam A.Paşazadə təəssüflə qeyd etdi ki, uzun onilliklər ərzində erməni kilsəsi ilə sülh yönündə danışıqlarda iştirak etmişdir, lakin Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazilərini BMT qətnamələrinə əsasən azad etdikdən sonra erməni kilsəsi yalnız revanşist mövqe nümayiş etdirir, bölgədə sülh, xalqlar arasında dinc yanaşı yaşamaq ideyasını rədd edir, dini liderə uyğun olmayan tərzdə nifrət çağırışları ilə çıxış edir.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar