Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldova yeni XİN başçısı Rusiyanın "qara siyahı"sında imiş

Yanvarın 29-da bu vəzifəyə təyin olunmuş Moldova Xarici İşlər Nazirliyinin yeni rəhbəri Mixay Popsoiyə Rusiya tərəfindən ölkəyə daxil olmaq qadağası qoyulub...

Poliqon xəbər verir ki, bu barədə "NewsMaker" portalı yazıb.

Popsoi bildirib ki, o, 2023-cü ilin yayında Hərəkət və Həmrəylik Partiyasından Moldova parlamentinin deputatı olarkən "qara siyahı"ya salınıb. XİN başçısının sözlərinə görə, Kremlin və Rusiya Xarici İşlər Nazirliyinin onun xarici siyasət idarəsinin rəhbəri təyin edilməsinə necə reaksiya verəcəyini görmək maraqlı olacaq.

"Bu, onların işidir, hansı qərarı verəcəklərini bilmirəm. Lakin beynəlxalq standartlara görə, diplomatlar ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, dialoq qurmaq üçün çalışırlar və bunu etmək imkanına və hüququna malik olmalıdırlar", deyə nazir bildirib.

Bundan əvvəl Moldova Xarici İşlər Nazirliyinin yeni rəhbəri Mixay Popsoi bildirib ki, Kişinyov Rumıniya ilə tərəfdaşlığı davam etdirəcək və Vaşinqton və Kiyevlə strateji dialoqu inkişaf etdirəcək.

O, Rusiya Federasiyası ilə münasibətlərdə Moldovanın ilk növbədə öz maraqlarına riayət edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Moldovanın suverenliyi və ərazi bütövlüyü məsələləri gələcəkdə Moldova-Rusiya münasibətlərinin əsasını təşkil edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Ən çox oxunanalar