Hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvadan qayıdan moldovalı siyasətçilərin pullarını müsadirə ediblər...
Hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada müxalifətin qurultayından qayıdan Moldova siyasətçilərinin pullarını müsadirə ediblər.
Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi Moldovanın bir sıra müxalifət partiyalarının bu yaxınlarda yaratdığı “Qələbə” müxalifət blokunun bəyanatına istinadən məlumat yayıb.
“Geri qayıdanların çoxu qocadır. Susuz qaldılar, hədə-qorxu gəldilər, son pullarını əllərindən aldılar ki, evə getməyə heç bir şey qalmasın. Çoxları təcili yardım çağırmalı oldular, hamı belə təzyiqlərə tab gətirə bilməz”, deyə məlumatda bildirilir.
Xatırladaq ki, Moldovanın Rusiyayönlü müxalifəti Moskvada qurultay keçirib və ölkənin Avropaya inteqrasiyasına qarşı çıxıblar. Moskvaya sığınan müxalif siyasətçi İlan Şor bildirib ki, Avropa İttifaqı Moldovanı döyüş meydanına çevirmək üçün silahla təmin edir. Şor hesab edir ki, əhalisinin 60 faizi rus və ukraynalı olan Dnestryanı ilə Moldova ərazisində münaqişə yarana bilər.
Poliqon.info