Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MKİ rəhbərinin Mossadın şefi ilə gizli görüşü

Məlum olduğu kimi, Mossad başçısının dəvəti ilə İsrailə gəlmiş Uilyam Börns ABŞ tarixində Mərkəzi Kəşfiyyat İdarəyə (MKİ) rəhbərlik edən ilk karyeralı diplomatdır. Amerikalı “bürüncək və xəncər cəngavərləri”nin çoxminlik ordusuna Börnsə qədər uğurlu siyasətçilər, təcrübəli hərbçilər, qatı casuslar, müvəffəqiyyətli biznesmenlər komandirlik edib. Bu komandirlərin arasında bircə yüz ölçüb bir biçən diplomatlara rast gəlinməyib...

Aydındır ki, Börnsün vizitinin təfərrüatları açıqlanmadığından, dünya KİV-nin MKİ şefinin danışıqları barədə xəbərləri sürüşkən xülasə ilə məhdudlaşıb: Uilyam Börns baş nazir Naftali Bennetlə və Mossad-ın rəhbəri David (Dedi) Barnea ilə İran atom proqramını, o cümlədən İran İslam Respublikasının Yaxın Şərq regionunda fəaliyyətini müzakirə edəcək.

Börnsin MKİ direktoru qismində İsrailə ilk səfəri son ayların olduqca həyəcanlı, böhran halına yaxın atmosferi ilə bağlıdır: Fars körfəzində sərnişin gəmilərinə hücumlar davam edir, İran proksiləri İsraillə sərhəddə fəallaşır, növbə ilə Tehran və Qüdsdən siyasi xadimlərin parlament dilindən uzaq hədələri səslənir.

O da aydındır ki, prezident Co Baydenin əsas xarici siyasət məsələlərindən birinin - İranı nüvə sazişinə qaytarmağın reallaşması, və eyni zamanda Tramp dövründə Avropa İttifaqının ABŞ-a münasibətdə itirilmiş inamını bərpa olunması yalnız İsrailin baş naziri Naftali Bennetin və koalisiya hökumətindəki tərəfdaşlarının Ağ Evin israrlı tövsiyyələrinə qulaq asaraq İranın nüvə obyektlərinə qarşı hücumları heç olmasa danışıq prosesinin yekunları aydınlaşana qədər dayandırmasından asılıdır.

Düzdür, bu halda başqa anlaşılmazlıq var: niyə Bayden İsrailə Yaxın Şərq üzrə ən yaxşı mütəxəssislərdən biri və təcrübəli vasitəçi olan Dövlət departamentinin şefi Entoni Blinkeni, yaxud özünün milli təhlükəsizlik məsələlərində köməkçisi, xarici siyasət məsələlərində nüfuzlu ekspert, Yell və Oksford universitetlərinin diplomlarına sahib olan Ceyk Sallivanı yox, İranda nifrət bəslənilən və MKİ-nin direktorunu göndərir?

Etiraz edə bilərsiniz ki, MKİ-nin 54 yaşlı direktoru həmçinin otuz ildən çox təcrübəyə malik diplomat, Rusiya Federasiyasında sabiq səfir və Dövlət Departamentinin rəhbərinin birinci müavinidir. Məhz Uilyam Börns prezident Barak Obamanın dövründə İranla altı vasitəçi (ABŞ, Fransa, Böyük Britaniya, Çin, Rusiya və Almaniya) arasındakı gizli danışıqlara rəhbərlik edib. Elə həmin danışıqlar nəticəsində İslam Respublikasına qoyulmuş iqtisadi sanksiyalar götürüldü, qarşılığında nüvə proqramı donduruldu və İran plutoniumun zənginləşdirilməsindən imtina etdi.

Sanki bu cür bölgüdə Co Baydendən şübhələnməsi üçün, - guya o, danışıq prosesindən müstəsna olaraq İsrailin maraqlarına uyğun istifadə edə bilər, - prezident Rəisinin əlində xüsusi əsas yoxdur. Hətta İran rəhbərliyinin MKİ-nə olan nifrətinə rəğmən.

Amma hər şey göründüyü kimi sadə deyil.

Bu kəlmələri tez-tez Bismarkın adına çıxırlar: diplomatiya bacardığı qədər müharibəni yubatmalı, xəbərdar etməli və ya ona səbəb olmalıdır. Odur ki, Börnsün İsrail rəhbərliyi ilə danışıqlarına məhz bu kontekstdən nəzər salmalı olsaq belə, onun Yerusəlimə vizitinin həqiqi məqsədlərini yalnız ehtimal edə bilərik...

İstisna deyil ki, Bayden məhz bu yolla İsraillə İran arasındakı labüd müharibəni, - çoxu bu cür düşünür, - yubatmağa və ayətolla rejim ilə danışıqları bitirməyə vaxt udmaq üçün İsrailə nümayişkaranə şəkildə 2015-ci ilin nüvə sazişinin arxitektorunu göndərir, yəhudi dövlətinin prezidentini, baş nazirini və xarici kəşfiyyatının rəhbərini inandırmağa çalışır ki, İranın “nüvə razılaşması”na dönüşü İsrailin təhlükəsizliyinə ziyan vurmayacaq.

Eyni zamanda alternativ variant da müstəsna deyil. Vaşinqtonda aydın şəkildə görürlər ki, öz raketləri üçün nüvə başlıqlarının istehsalını sürətləndirən, habelə sentrifuqaların sayı və plutoniumun ehtiyatlarını yoxlamağa çalışan MAQATE müfəttişlərinin işinə mane olan İran planlarının reallaşması üçün vaxt udmağa çalışaraq danışıqlar prosesini uzadır. Tehran bunu İsrailin Suriya və Livandakı İran hərbi kontingentinə və şiə silahlı birləşmələrinə sarsıdıcı hücumları, habelə “sionist təhlükəsi”ni əks etdirməklə izah edir.

Bu vəziyyətdə MKİ direktorunun Mossad şefi ilə danışıqlarını prezident Baydenin İran rəhbərlərinə yetərincə şəffaf xəbərdarlığı kimi şərh etmək olar: Ağ evin səbri hüdudsuz deyil, İranın 2015-ci il müqaviləsi çərçivəsinə qayıtması üçün ayrılan vaxtın isə limiti var. Və əgər 2018-ci ildə Netanyahu prezident Trampı İran ilə nüvə sazişindən çıxmağa inandıra bilmişdisə, Bennetin ixtiyarında prezident Baydeni buna inandıra biləcək arqumentlər ola bilər…

Bu iki variantdan hansının reallığa yaxın olduğunu zaman göstərəcək. O ki qaldı İranın danışıqları ləngitmək taktikasından çıxa biləcək nəticələrə, onları Co Baydenin Uilyam Börnsə verdiyi xarakteristikadan sezmək olar.

ABŞ prezidenti MKİ rəhbəri ilə bağlı seçimini izah edərkən onu başqalarından fərqlənən, xarici kəşfiyyatın apolitikliyini və müstəqilliyini tam ölçüdə təmin etməyi bacararaq şəxsiyyət kimi xarakterizə etmişdi:

«İstər Moskvadan gələn kibernetik hücumlar olsun, - Co Bayden dəqiqləşdirir, - istər Çin tərəfindən çağırışlar və ya terrorçular və digər qeyri-dövlət subyektləri tərəfindən qarşılaşdığımız təhlükələr, onun təcrübə və vərdişləri var ki, hakimiyyətdə və bütün dünyada səyləri mobilizə etməklə MKİ-nin amerikalıları qorumağa qadir olduğuna təminat versin…»

Bu sözlər müəyyən mənada MKİ direktorunun detalları məlum səbəblərdən bağlı qapılar arxasında qalacaq İsrail səfərinin məqsədinə də işıq salır: Yaxın Şərqdə yalnız bircə ölkə var ki, MKİ direktoru onun nümayəndələri ilə həm ABŞ-ın geosiyasi təhlükəsizliyini, həm də harada və hansı situasiyada olmalarından asılı olmayaraq ABŞ vətəndaşlarının şəxsi təhlükəsizliyi ilə bağlı peşəkar məsələləri müzakirə edir.

Uilyam Börns məhz həmin ölkəyə uçub.

Odur ki, davamı gözlənilir. (Müəllif: Valeri Kantor, virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

İntizam pozuntularına görə 8 vəkil cəzalandırılıb

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar