Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Minskdəki Avropa Oyunları Bakıdakından yaxşı olacaq”


Avropa Olimpiya Komitəsi, Minskin ev sahibliyi edəcəyi Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarından daha yaxşı keçiriləcəyinə ümid edir


Bu barədə Avropa Olimpiya Komitəsinin idman üzrə baş eksperti Asimakis Asimakopulos bəyanat səsləndirib.

Bakı və Minskin Avropa Oyunlarına hazırlıq prosesi bir-birindən fərqlənir. Bu ondan irəli gəlir ki, Belarus idman tədbirlərinin keçirilməsi baxımında tam fərqli mədəniyyət və  təcrübəyə malikdir. Minskdəki Avropa Oyunlarının daha yaxşı olacağını gözləyirik. Əsas məsələ, Minskin açılışa qədər qalan vaxtdan nə dərəcədə səmərəli və ağıllı  istifadə edəcəyidir. Açılışa 16 ay qalıb. Ancaq biz Avropa Oyunlarının daha yüksək səviyyədə keçiriləcəyini gözləyirik.

Qəti şəkildə deyə bilərik ki, Belarus Avropa Oyunlarına hazırlıq baxımından düzgün istiqamətdə hərəkət edir. Oyunları keçirmək üçün Belarusun artıq buna imkan verən bazası var: obyektlər tikilib, əla insan resursları, bu sahəylə bağlı biliklər var. Bircə qalır bütün bunları vahid şəklə gətirib, Avropa Komitəsinin tələblərinə cavab vermək. Belə olsa, hər şey alınacaq”, – deyə Asimakopulos sözlərini bitirib.

Qeyd edək ki, Belarus paytaxtı 2019-cu ildə iyunun 21-dən 30-na kimi Avropa Oyunlarına ev sahibliyi edəcək. Yarışlar proqramına 15 idman növü daxil edilib. Atletlər ümumilikdə 12 idman arenasında rəqabət aparacaq.

Avropa Oyunları ilə bağlı Minskə təxminən dörd min idmançının, iki min məşqçi və rəsmi nümayəndə heyəti üzvünün gələcəyi gözlənilir. (sputnik)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Tavuşun Kirants kəndində sakinlərlə polis arasında qarşıdurma yaranıb - Video

Ən çox oxunanalar