Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyarder oğlunun anasını öldürməsinin ilginc səbəbi

O, müstəntiqlərə hadisə yerini göstərib və qətlin təfərrüatlarını danışıb


Tatarıstanın paytaxtı Kazanda rusiyalı milyarder İqor Sosinin oğlunun öz anasını boğaraq öldürməsinin səbəbi məlum olub. 

Ans press-in xarici mətbuata istinadən verdiyi məlumata görə, milyarderin oğlu Yeqor polislərlə hadisə yerinə gələrək anasını necə öldürdüyündən danışıb:

”Anamı mən öldürmüşəm, etiraf edirəm. O, mənə əxlaqsız təklif etdi. İçimdəki şeytanı çıxarmaq üçün onu təxminən yarım saat boğdum. Öldüyündən əmin olduqdan sonra bütün gücümlə onun üzünə yumruq zərbələri endirdim. Ona ən az 20 zərbə endirdim”, - deyə qətli törədən Yeqor polis əməkdaşlarına deyib.

Hadisə ötən il dekabrın 10-da Kazanın “Korston” otelində baş verib. Oteldə işləyən şəxs polisə şikayət edərək bildirib ki, qonaqlardan birinin paltarının üstündə qan izləri var və həmin oğlan dəhlizdə gəzir. Otelə gələn polis əməkdaşları dəhlizdə narkotik maddənin təsiri altında olan 19 yaşlı oğlanı saxlayaraq bölməyə aparıb.

Qətlə yetirilən qadın

Qətlə yetirilən qadın

Lüt halda olan gənc oteldə dincələn digər qonaqlara sataşırmış. Otel otaqlarının birində isə 44 yaşlı qadının meyiti polis əməkdaşları tərəfindən aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, öldürülən qadın gəncin anasıdır. Qadının bədənində çoxsaylı göyərmə izləri aşkarlanıb. Onun boğulmadan öldüyü bildirilib.

Aparılan araşdırmalar zamanı qətlin milyarderin oğlu Yeqor tərəfindən törədildiyi müəyyən edilib. İlkin dindirmədən sonra Yeqor Sosin hadisədən əvvəl anasının ona çoxlu naməlum həblər verdiyini və bunun nəticəsində onun halının dəyişdiyini bildirib. Yeqor hadisənin necə baş verdiyini və anasını necə boğduğunu xatırlamadığını bildirmişdi.

İgor Sosin- <a href=Rusiyalı milyarder">

İgor Sosin- Rusiyalı milyarder

İqor Sosin “Starıy Xottabıç” mağazalar şəbəkəsinin sahibi və OBİ şirkətinin səhmdarlarından biridir. Milyarder özünün dəbdəbəli həyatı ilə tanınır. O, hərracda ən bahalı lüks əşyaları alır. Məsələn, Truman Capotenin “Tiffanigildə səhər yeməyi” romanının əlyazmasını 306 min dollara satın alıb. Dünyanın bütün adlı-sanlı dizaynerlərinin qırmızı donlarının kolleksiyasına isə 3,5 moilyon avro xərcləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar