Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin deputatları xaricdən mal sifariş etdilər

Milli Məclisin 5 deputatı 6 sıravi vətəndaşla birgə xaricdən mal sifariş ediblər.

Bu barədə həmin deputatlardan biri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, bunu etməkdə əsas məqsəd həmin sifarişlər gələn zaman ödəmədə və almaqda hansı əngəllərin olacağını öyrənməkdir:

Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Həmin qərarda qoyulan həddən artıq mal gətiriləndə isə 36 faiz rüsum ödəniləcək. Biz deputatlar təklif edirik ki, orada göstərilən 36 faiz 15-ə endirilsin”.

O, mal sifariş verən digər deputatların adlarını açıqlamayıb.

Maraqlıdır, deputat Rüfət Quliyev özü hansı malları sifariş edib? R.Quliyev bu suala "Sifariş etdiyim mallar barədə məlumat verə bilmərəm" - deyib.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”    

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb    

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Ən çox oxunanalar