Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdə Qarabağ zəfərinin ildönümünə həsr olunan konfrans keçirilib - Yenilənib

Bu gün Milli MəclisAzərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinin 1-ci ildönümünə həsr olunan "Zəfər bayramı" adlı konfrans keçirilib.

PİA.az-ın xəbərinə görə, tədbirdə deputatlar, dövlət qurumlarının nümayəndələri, qazilər, hərbi ekspertlər iştirak ediblər.

Konfransda Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, ordu quruculuğu sahəsində görülən işlər, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə müzakirələr aparılıb.

***

“Bizi Qələbəyə aparan yolun başlanğıcında ulu öndər Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin sədri Ziyafət Əsgərov komitənin oktyabrın 22-də Qarabağ zəfərinin ildönümü ilə bağlı təşkil etdiyi konfransda deyib.

O bildirib ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edib: “Ona görə də bu barədə çox danışacağıq və danışmağa sözümüz də çoxdur”.

Daha sonra çıxış edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, Azərbaycanda indi yaşayan insanlar xoşbəxt nəslin nümayəndələridir: “Biz qəhrəman xalqıq. Çünki torpaqlarımızı düşmən tapdağından azad etmişik. Azərbaycan Ordusu çox güclüdür və daha da güclənəcək. Orduda, döyüş meydanında sərkərdənin, Ali Baş Komandanın olması mühüm şərtdir. Xoşbəxtik ki, Silahlı Qüvvələrimizin Prezident İlham Əliyev kimi müdrik sərkərdəsi var”.

Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirdiyni diqqətə çatdıran hərbi ekspert bildirib ki, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına çıxmasına nail ola bilib. Qələbəmizin də əsasında məhz bu amil dayanır.

Ş.Ramaldanov qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın döyüş taktikası dəyişdi, amma Ermənistanın taktikası 1990-cı illərdə olduğu kimi idi.

***

Milli MəclisAzərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinin 1-ci ildönümünə həsr olunan "Zəfər bayramı" adlı konfrans keçirilir.

PİA.az-ın xəbərinə görə, toplantını parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi təşkil edib.

Tədbirdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə müzakirələr aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar