MHP lideri Dövlət Baxçalı CHP-nin İstanbuldan qalib gələn namizədi Əkrəm İmamoğlunu sərt dillə hədələyib
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlunun “Qələbəmi təsdiqləyin, qərarımı verin” açıqlamasına etiraz edən MHP lideri səslərin təkrar sayıldığına işarə vuraraq, belə bir iddianın zərərli olduğunu deyib:
“Onun belə ağılsız iddiaları zərərlidir. Adətən oyuncağı əlindən alınmış uşaq kimi mızıldanmasın, şüursuz şəkildə açıqlamalar verməsin. Bunun bir bədəli olar”.
pia.az