Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Metsamor” AES işini dayandırıb

Ermənistanın Atom Elektrik Stansiyasının (AES) ikinci enerji bloku illik profilaktik təmir (PPR) üçün dayandırılıb. “Report” xəbər verir ki, stansiyanın yeganə işləyən enerji blokunda təmir işləri 73 gün davam edəcək.

Cari ildə nüvənin qismən yüklənməsi ilə reaktorun təmiri, 4 və 5 nömrəli baş sirkulyasiya nasoslarının təmiri, 1 və 6 nömrəli əsas sirkulyasiya nasoslarının cari təmiri, 4 və 5 nömrəli buxar generatorlarının əsaslı təmiri, turbogeneratorların orta təmiri nəzərdə tutulub.

İşə yerli işçilər, o cümlədən Rusiya, Xorvatiya, Slovakiya, Çexiya və digər ölkələrdən AES sistemlərinin və avadanlıqlarının təmirində böyük təcrübəyə malik olan mütəxəssislər cəlb olunub. İkinci enerji blokunun istismara verilməsi 28 iyun 2022-ci il tarixinə planlaşdırılır.

Ermənistan AES-i İrəvandan təxminən 30 km qərbdə, Metsamor şəhəri yaxınlığında yerləşir. O, VVER-440 reaktorları olan iki enerji blokundan ibarətdir. Stansiya 1979-cu ildə istismara verilib və 1989-cu ildə Spitak zəlzələsindən sonra fəaliyyətini dayandırıb. 1995-ci ildə Rusiya mütəxəssislərinin iştirakı ilə AES yenidən işə salınıb, bundan sonra stansiyanın ikinci enerji blokunun sənaye istismarı bərpa edilib.

Atom elektrik stansiyası Ermənistanda bütün elektrik enerjisinin təxminən 40%-ni istehsal edir. 2021-ci ilin noyabrında 2 nömrəli enerji blokunun genişmiqyaslı modernləşdirilməsi üzrə işlər başa çatdırıldı ki, bu da onun istismar müddətini 2026-cı ilə qədər uzatmaq imkanı verdi.

Lakin görünən odur ki, modernləşdirmə işləri yalnız sənədlərdə göstərilir və müəyyən qurumlar üçün görünüş xətrinə edilir. Çünki, 2021-ci ildə bütün avadanlıqları yenilənən AES-in bir il ərzində köhnəlməsi inandırıcı deyil. “Metsamor” AES texniki və mənəvi cəhətdən köhnəlmiş və bütün regiona yüksək təhlükə potensialını yaradan stansiyadır.

Ermənistan təhlükəli “Metsamor” stansiyasının istismarını uzun illər davam etdirmək niyyətindədir. Bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər. Bu səbəbdən də həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatlar “Metsamor” AES-in bağlanması ilə bağlı Ermənistandan götürdüyü öhdəliyə əməl etməsini tələb etməli, bu məqsədlə siyasi təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Ən çox oxunanalar