Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metronun “Sahil” stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun “Sahil” stansiyasının bu il iyulun 1-də təhvil veriləcəyi bildirilsə də, stansiyanın sərnişinlərin ixtiyarında daha tez olacağı gözlənilir


PİA.AZ xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
 
Onun sözlərinə görə, artıq köhnə eskalatorların sökülməsi və yenilərinin quraşdırılması başa çatdırılıb: “Əvvəlcədən stansiyanın iyulun 1-də açılacağını bildirmişdik. Hələlik dəqiq vaxt bilinməsə də, işlər sürətləndiyindən “Sahil” stansiyasının iyulun 1-də deyil, daha tez açılacağını deyə bilərəm.
 
REKLAM

www.azerturkbank.az
Daha ətraflı
Native Video by Adributor

Hazırda işlər davam etdirilir. Sökülmüş "LT-3" tipli 3 eskalatorun əvəzinə, Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 yeni avadanlıq quraşdırılıb. Bu stansiyada da dörd eskalatorun quraşdırılmasında əsas məqsəd birçıxışlı və gur sərnişin axını olan stansiyada metro istifadəçilərinin daha operativ və rahat enib-qalxmasını təmin etməkdir.
 
Quraşdırma işləri iki mərhələdə yerinə yetirilib. Hər mərhələdə iki eskalator quraşdırılıb. Hazırda eskalatorların sazlanıb. İşlər çərçivəsində pillə zolaqları və digər elementlər bərkidilib, müvafiq tələblərə uyğunlaşdırılıb. Bu işlərə paralel olaraq, eskalator üzərində işıqlandırma sistemi qurulub.
 
N.Paşayev bildirib ki, stansiyada son işlər görülməkdədir: “Stansiya yolu, yol divarları və orta zalda divarların qranit örtüyünün vurulmasına başa çatmaq üzrədir. Eyni zamanda, platformaaltı sahə tamamilə yenidən qurularaq, müvafiq infrastruktur yenilənib və müasir tələblərə uyğun şərait yaradılıb, havalandırmanın normal təminatı məqsədilə tədbirlər görülüb”.
 
Qeyd edək ki, “Sahil” stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir. Hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Ən çox oxunanalar