Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mətbuat Şurasının sədri Ombudsmanın fəaliyyətinə iradını bildirib

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Ombudsmanın fəaliyyətinə iradını bildirib


İclasda İnsan haqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatının müzakirəsi zamanı Ə. Amaşov bildirib ki, vaxtilə İnformasiya Ombudsmanı yaratmaq təşəbbüsü var olsa da, müxtəlif səbəbdən gerçəkləşməyib.
 
“Bunun əsas səbəblərindən biri də vahid Ombudsman sisteminin olması idi. Nəyə görə informasiya əldə etmək məsələlərlə əlaqədar ciddi məşğul olunmur? Öyrənmək istərdim ki, Ombudsmana informasiya əldə etmək azadlığı ilə bağlı neçə müraciət daxil olub? Bununla bağlı təhlil aparılıbsa, narahatlığın nədən ibarət olduğu açıqlanmalıdır. Məsələn, vicdan azadlığı ilə bağlı 9 müraciət daxil olub. Növbəti fəaliyyət müddətində bu məsələlərə diqqət ayrılmalıdır”. 
 
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə Ə. Amaşova cavab olaraq deyib ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına onlarla informasiya sorğusu daxil olub. O qeyd edib ki, bunlar daha çox dövlət qurumları tərəfindən verilməli olan məlumatların verilməməsi, süründürməçiliyə yol verilməsi ilə bağlı məlumatlardır: “Bu məsələdə Ombudsmanın iş göstəricisi çox yüksəkdir. 90 faizdən çox hallarda məsələlərlə müdaxiləmizdən sonra vətəndaşın informasiya əldə etmək hüququ təmin edilir. Bu sahədə işimizi təkmilləşdirməkdən ötrü beynəlxalq təşkilatlarla da əməkdaşlıq edirik”.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar