Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Messiyə Azərbaycan xalçası hədiyyə edilib

Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən işlər ən qədim dekorativ-tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqəti daha da artırıb...

"Report" xəbər verir ki, ölkədə xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Təsadüfi deyil ki, "Azərxalça" ASC-nin gözəlliyi ilə seçilən yun və ipək xalçalarına xalçasevərlər tərəfindən böyük tələbat var. Əsl əl işi, yerli istehsal, Şəki ipəyindən toxunulmasına başlanılmış ipək xalçalarımız mifik qüdrəti və qəlb ovsunlayan gücü ilə sərhədləri aşır.

"Azərxalça" ASC-də "Əjdahalı" kompozisiyasında icra olunan ipək xalçanın dünya şöhrətli, argentinalı futbolçu Messinin evini bəzəməsi bənzərsizliyi ilə qəlblərə yol tapan Azərbaycan xalçalarının sərhəd tanımayan cazibəyə malik olmasını bir daha göstərir.

Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan "Əjdahalı" xalçaları qədim və zəngin tarixə malikdir. Şərq aləmində "Əjdaha" evin, ocağın şər qüvvələrdən qorunmasını simvolizə edən motiv nümunələridir. Xalçanın kompozisiyasının şərhinə gəldikdə isə, "Əjdaha” təsvirli xalçaların əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rənglərin ahəngdar bölgüsündən ibarətdir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnir. Xalçaların üzərlərində stilizə olunmuş əjdaha təsvirləri naxışlar vasitəsilə verilir. "Əjdaha" simvolu olan naxış və elementlər bütün şərqdə çox qədimdən mövcud olsa da, ilk "Əjdahalı" xalçalar Səfəvilər dövründə yaranıb.

Qeyd edək ki, Azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə iştirak edərək, ona Azərbaycan xalçası hədiyyə edib və bu xalça məhz “Azərxalça” ASC istehsalı olan xalçadır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib

Şirvanda qəza nəticəsində ölən piyadanın kimliyi məlum olub - Yenilənib

Pezeşkian: Netanyahuya deyin ki, İran müharibə aparmır, lakin istənilən təhdidlərə sərt cavab verir

Ən çox oxunanalar