Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur sirr: Kazimi sui-qəsdi və İranın İraqdakı gələcək perespektivi...

Əgər bəzi partiyalar Kazimiyə rəğmən, Müqtəda Sədrin arxasınca getməyə qərar versələr, İran və onun qrupları problem yaşayacaqlar...

Tarık Alhomayed
“Şarkul Avsat” qəzeti, 10 noyabr 2021-ci il

İraqın baş naziri Mustafa Əl-Kazımiyə qarşı uğursuz sui-qəsd cəhdini, ölkədəki daxili reaksiyaları və başda ABŞ olmaqla, beynəlxalq reaksiyaları necə anlaya bilərik?

Əvvəla, məlumdur ki, sui-qəsddən əvvəl Kazimi audio və video ilə hədələyənlər olub. İranın istifadə etdiyi silah olan pilotsuz uçuş aparatlarını (PUA) İraqdakı qruplaşmalarına maliyyələşdirdiyi də məlumdur.

Sui-qəsd şübhəli deyil. Husilər də bu dronlardan Səudiyyə torpaqlarını hədəf almaq üçün istifadə edirlər. İran və onların ardıcıllarından başqa heç kim bu silahlardan İraqda və ya Səudiyyə Ərəbistanını və ya Suriyadakı ABŞ bazalarını hədəf almaq üçün istifadə etmir. Bəs niyə beynəlxalq ictimaiyyət indiyə qədər gözlədi? İranın adını çəkməkdən niyə qorxurlar? “Reuters” agentliyinə istinadən İraq rəsmiləri belə deyirlər. Əslində, İraq rəsmiləri bunu qərbli həmkarlarına çatdırmış olarlar.

İkincisi, sözügedən uğursuz sui-qəsd başlıqda yazdığım kimi, yaxşı bilinən bir sirrdir. Yaxın İraq mənbələrinin İran haqqında fərqli bir şəkildə danışdığını eşitdim və buna əsasən, Qüds Gücü Komandiri ilə bir general arasında mübahisə olduğunu və İnqilab Keşikçiləri Korpusunun bu generalının Qüds Gücü komandiri ilə məsləhətləşmədən qərar verdiyini öyrəndim. Həqiqətən də nəticə təhlildən daha qiymətlidir. Önəmli olan İranın qəbul etdiyi və İraqdakı qruplarının həyata keçirdiyi qərardır. Biz isə İranın daxili münaqişələri ilə vaxt itirməməliyik, çünki bu, yaşanmış bir cəfəngiyyatdır.

Əgər sui-qəsd uğurlu olsaydı, İraq Livanda Rafik Həririnin İran milisləri olan Hizbullah tərəfindən öldürüldüyü kimi, naməlum bir yola girəcəkdi.

Üçüncüsü, İraqdakı reaksiyalara nəzər saldıqda, sui-qəsdin baş tutmamasının planların sarsıdılmasına səbəb olduğu, ən çox itirənlərin isə İrana bağlı qrupların olduğu aydın olur. Qaliblər, şübhəsiz, Kazimi və Müqtəda əs-Sədrdir.

Bağdaddakı yaxın çevrələrdən eşitdiyimə görə, buradakı iranpərəst qrupların əsas məqsədi seçki prosesinin cənab Kaziminin xeyrinə uğur qazanması və ikinci müddətə namizədliyinin qarşısını almaq olub.

Kazımi bu gün qalib gəldikdə bütün küçə onun yanında dayanmışdı. Onu zərərsizləşdirmək prosesi asan olmayacaq. Əgər bəzi partiyalar Kazimiyə rəğmən, Müqtəda Sədrin arxasınca getməyə qərar versələr, İran və onun qrupları problem yaşayacaqlar.

Sədrə tabe olmaq o deməkdir ki, Sədr yeni baş nazir kimi seçkilərdə qalib gələcək və hakimiyyətin, silahlı qüvvələrin və hətta Həşd əş-Şaabinin monopoliyasını əlində saxlayaraq zərbə vuran bir qüvvəyə çevriləcək.

Odur ki, cinayətkarı bəlli olan, silahı məhdud, məqsədi dövlət adamını zərərsizləşdirmək, seçkilərin nəticələrini pozmaq, İran və onun tərəfdarlarının varlığını inkar edən İraqla toqquşmaq olan bir terror cinayəti ilə qarşı-qarşıyayıq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay