Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib

Aprelin 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında (SHXÇDX) vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

SHXÇDX-dan APA-ya verilən xəbərə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın üzvləri olan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılmış məsələlər müzakirə olunmuşdur.

Bildirilmişdir ki, SHXÇDX tərəfindən Sərəncamın icrası müvəffəqiyyətlə davam etdirilir və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi həyata keçirilir.

Komissiyanın iclasında qeyd olunan məsələlərlə yanaşı, Xidmət rəisi tərəfindən prioritet olaraq şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələr, həmçinin bu sahə üzrə müəyyən edilmiş strateji hədəflər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Eləcə də vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqi, elektron xidmət imkanlarının genişləndirilməsi istiqamətində planlardan bəhs edilmişdir.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmiş və vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması sahəsində qurumlararası fəaliyyətin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanmışdır.

Poliqon.info


Etiket: Səfərbərlik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar